00:00:00
Yazar
Admin User
19.12.2025 19:16 112 1 dəq oxuma
Sosial

Elektron ödəniş sistemlərinin effektivliyi

Elektron ödəniş sistemlərinin effektivliyi

Son illərdə ictimai nəqliyyatda nağdsız ödəniş sistemlərinə keçid sürətlənib. Elektron kartlar və mobil ödənişlər nəqliyyatda şəffaflığı və rahatlığı artırmağı hədəfləyir. Lakin tətbiq zamanı müəyyən texniki və praktiki problemlər də ortaya çıxır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, dövrümüzdə əsas ödənişlər sistemi ümumiqəbul olunan ödənişlər sistemidir:

 

"Bu gün əgər kartla olarsa, elektron qaydada olarsa, daha təmassız və səmərəli hesablar olara bu əksinə daha yaxşı bir şeydir. Biz bunu dəstəkləyirik. Amma bu gün müxtəlif ölkələrdə xüsusən inkşaf etmiş ölkələrdə tətbiq olunan qaydaların ölkəmizdə tətbiq olunmasını biz dəstəkləyir. Amma məsələ burasındadır ki, bu gün Azərbaycan ictimai nəqliyyatından istifadə edən şəxs üçün əlçatan olmalıdır. İstər kartla, elektron və s. Bunun üçün ödənmə problemi yaranmamalıdır. Sərbəst şəkildə ödənişi edib bu və digər formada məsələni həll edə bilər. İstifadəçilər üçün hər hansı bir çətinlik olmamalıdır. Məsələnin bu vacib bir elementidir. Digər məsələ isə ödəmə sistemləri ilə bağlı onu deməm olar ki, nəqliyyat vasitələrin idarə olunmasında ümumi həll prinsipləri var. Oda ictimai nəqliyyata birbaşa şamil olunmalıdır. Məsələn nəqliyyat vasitələri üçün ümumi olaraq hərəkət intervalı, onun hərəkət rentabeli, gediş-gəlişin təmin olunması, ödəniş sisteminin əlçatanlığı-bunlar hamısı vacib şərtdir".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər