00:00:00
Yazar
Admin User
26.10.2025 18:42 161 1 dəq oxuma
Sosial

Elməddin Babayevin əziz xatirəsinə

Elməddin Babayevin əziz xatirəsinə

Bəzən insanın ömrü uzun olmur, amma izi dərin olur.

 

Elməddin Cəfərqulu oğlu Babayev də o insanlardandır-ömrünü illərlə deyil, Vətən uğrunda göstərdiyi mərdliklə ölçüb.

 

O, 1981-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində dünyaya göz açıb. Sadə ailənin oğlu idi, amma uşaq yaşlarından içində böyük bir duyğu olub-Vətən sevgisi. Bu sevgi onu böyüdüb, formalaşdırıb, nəhayət, döyüş yoluna çıxarıb.

 

2020-ci ilin payızı… Azərbaycan torpağı azadlıq uğrunda ayağa qalxıb. Hər tərəfdə vətənpərvərlik havası vardı.

 

Elməddin də bu mübarizəyə qoşulub, cəbhəyə yollanıb. O, bir an belə tərəddüd etməyib-çünki bilib ki, bu torpaq azad olmasa, həyatın da mənası yoxdur.

 

26 oktyabr 2020-ci ildə, Qubadlı uğrunda gedən ağır döyüşlərdə Elməddin Babayev şəhidlik zirvəsinə ucalıb. O, Vətən yolunda son nəfəsinə qədər döyüşüb və canını torpağa bağışlayıb.

 

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər