00:00:00
Yazar
Admin User
27.10.2025 18:45 115 1 dəq oxuma
Sosial

Elməddin Qasımov

Elməddin Qasımov

Hər bir xalqın tarixində elə adlar var ki, onlar səssizcə qəhrəmanlığa çevrilir. Elməddin Qasımov da o adlardandır. O, 27 oktyabr 2020-ci ildə-Vətən Müharibəsinin ən qaynar günlərində, canını Vətən torpağı uğrunda fəda edən igidlərimizdən biri idi.

 

Elməddin düşmən gülləsindən qorxmayıb. Onun üçün qorxu deyil, Vətən sevgisi vardı. Hər addımında, hər nəfəsində, ürəyinin hər döyüntüsündə yalnız bir duyğu vardı-“Qarabağ Azərbaycandır!”

 

Bu gəncin ömrü cəmi bir neçə onillik olsa da, onun adı yüzillərlə yaşayacaq. Çünki Vətən uğrunda şəhid olmaq ölümsüzlük deməkdir. O, öz həyatını torpağa, gələcək nəsillərə, sülhə hədiyyə edib.

 

Elməddinin adı bir çoxları üçün sadəcə bir ad kimi səslənə bilər, amma onun anası üçün, dostları üçün, bu xalq üçün o-Vətən sevgisinin canlı təcəssümüdür. Hər dəfə azad Qarabağ torpağında addım atanda, hər dəfə sülh və azadlıqdan danışanda onun kimi oğulların ruhu bizimlədir.

 

Qəhrəmanlar unudulmur. Onların hekayəsi sadəcə kitab səhifələrində deyil, xalqın yaddaşında və torpağın ruhunda yaşayır. Elməddin Qasımov da həmin yaddaşın bir parçasıdır-susqun, amma gurultulu bir qəhrəmanlıq simvoludur.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər