00:00:00
Yazar
Səadət Əlizadə
23.09.2026 19:44 33 2 dəq oxuma
Siyasət

Emmanuel Makron Qəzza ilə bağlı çağırış edib: “Kənardan izləməklə kifayətlənmək olmaz"

Emmanuel Makron Qəzza ilə bağlı çağırış edib: “Kənardan izləməklə kifayətlənmək olmaz"

Fransa Prezidenti Emmanuel Makron Qəzzadakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib. O, humanitar dəhlizlərin açılmadığını bildirərək, bölgədə baş verənlərə kənardan baxmaqla kifayətlənməyin mümkün olmadığını deyib.

 

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, 
Fransa prezidentinin Fələstin və Qəzza məsələsində mövqeyi beynəlxalq hüquqa uyğundur və İsrailin Qəzzadakı əməliyyatlarının dayandırılmasını nəzərdə tutur.

 


“Makronun BMT Baş Assambleyasındakı çıxışında da bu məsələyə xüsusi vurğu edilməsi və Qəzzada törədilənlərə sadəcə müşahidə etməyin yolverilməz olduğunu qeyd etməsi də bu mənada Makronun Qəzza, Fələstin məsələsində mövqeyinin birmənalı olduğunu göstərir”.

 


Ekspert qeyd edib ki, Fransanın bu çağırışı Avropanın bəzi ölkələrinə təsir edib. Nəzərə alsaq ki, Qəzzada əməliyyatlar başlanandan sonra Avropanın bir çox ölkələri Fələstinin müstəqilliyini tanıyıblar, İsraillə münasibətlər kifayət qədər gərginləşib və bu ölkələr içərisində Fransa da Netanyahu hökumətinin siyasətinə qarşı dayanan ölkələrdən biri kimi görünməkdədir.  



Onun fikrincə, Fransanın bu mövqeyi digərlərinə də təsir edə bilər. Amma ümumən götürdükdə, Avropa ölkələrinin bir çoxunun mövqələrinə təsir etməklə bərabər, amma məsələnin hələ də Fələstinin müstəqilliyinin tam şəkildə tanınması məsələsinə çox müəyyən təkan versə də, hələlik həlledici təkan sayıla bilməz. Çünkü bu məsələ ilə bağlı kifayət qədər ciddi problemlərin olduğu məlumdur.  


 

Politoloq əlavə edib ki, bu çağırışın siyasi nəticələri və ya onun humanitar nəticələrinə, şübhəsiz ki, dünən həm Türkiyə prezidentinin, həm Fransa prezidentinin və digər liderlərin çıxışlarında Fələstin, Qəzza məsələsinə toxunulması, əlbəttə, bəynəlxalq ictimaiyyətin diqqətinin artmasına səbəb ola bilər. O cümlədən, humanitar dəstəyin artmasını gətirib çıxara bilər. Hər halda Baş Assambleyanın toplantısı dünyanın izlədiyi əsas platformalardan biridir və bu, ümumən dünyada bu cür çağırışların artması, siyasətlərdə korrektələrin edilməsi hansısa bir mərhələdə Fələstinin bir dövlət kimi tam şəkildə tanınması və BMT-də üzvlüyünə qəbul olunmasına aparan yolda addımlardan biri sayıla bilər. 
 

 

Nəticə olaraq bildirib ki, bu mövqeyi dəstəkləyən ölkələrin sayı artarsa, Fələstinin müstəqil dövlət kimi tanınması prosesi sürətlənə bilər.

 

Nazlı Ağazadə

#“kənardan #yeni #emmanuel #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər