00:00:00
Yazar
Admin User
05.01.2026 16:03 156 1 dəq oxuma
Sosial

Erkən nikahın fəsadları

Erkən nikahın fəsadları

Son illərdə erkən nikah və qız uşaqlarının təhsildən uzaqlaşdırılması problemi hələ də bir çox bölgədə aktual olaraq qalır. Xüsusilə ucqar kəndlərdə köhnə düşüncə tərzi və maddi maraqlar gənc qızların gələcəyini təhlükə altına atır. Bu məsələ təkcə bir ailənin deyil, bütün cəmiyyətin üzləşdiyi ciddi sosial problemdir.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında psixoloq Ezgi Şahin bildirir ki, erkən nikaha girən qızlar və oğlanlar çox zaman özlərini kəşf etmə dövründən məhrum qalırlar:


“Onları gələcəkdə nə gözlədiyini bilmirlər. Evliliyin nə olduğunu anlamadan sadəcə evləndirilirlər. Bəzən ailələrin təzyiqi, bəzən də qarşı tərəfin - məsələn, qızın atasının başlıq pulu, mal-mülk və ya maddi qazanc əldə etməsi bu qərarın əsas səbəbi olur. Maddi ehtiyac ucbatından bir qızın həyatı başqasının qərarı ilə dəyişdirilir. Kəndlərdən gələn bəzi pasiyentlərimiz olur. Soruşanda ki, Bu uşaq niyə oxumur? cavab verirlər: “Qız uşağı oxumaz, ona görə göndərmirik”. Mən bildirirəm ki, artıq 2026-cı ildəyik, bu cür düşüncə necə hələ də mövcud ola bilər? Amma qarşı tərəf çox zaman dediklərimin əksinə cümlələr qurur. Bütün bunlar məni belə bir nəticəyə gətirir ki, xüsusilə ucqar kəndlərdə, cəmiyyətlə əlaqəsi zəif olan bölgələrdə maarifləndirməyə, elmi düşüncənin və insan haqlarının təbliğinə böyük ehtiyac var. Bu maarifləndirmə olmadığı üçün ən böyük zərəri qız uşaqları görür”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər