00:00:00
Yazar
Güllər Gülhüseynova
06.04.2026 17:27 95 2 dəq oxuma
Siyasət

Ermənistan Aİ-yə üzv olsa, Rusiya ilə hava əlaqələri kəsiləcək- Aleksey Overçuk

Ermənistan Aİ-yə üzv olsa, Rusiya ilə hava əlaqələri kəsiləcək- Aleksey Overçuk

Ermənistanın Avropa İttifaqına inteqrasiya cəhdləri Rusiya ilə nəqliyyat əlaqələrinin tamamilə kəsilməsinə səbəb ola bilər. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, Aİ üzvlüyü Ermənistanın Rusiya ilə birbaşa hava rabitəsinə son qoyacaq.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistandakı seçkiqabağı mühit, Baş nazirin Rusiya səfəri və səfər ərəfəsində Prezident Putinlə görüşü dünya mediasının diqqət mərkəzindədir:

 

“Bu görüşün əslində Paşinyanın Ermənistanın maraqları baxımından qətiyyətli çıxışları ilə yadda qalması regional müstəvidə ciddi debatlara yol açıb. Ermənistanın Baş naziri Rusiya-Ermənistan münasibətlərində ölkəsinin mövqeyini açıq şəkildə bəyan edərək, demokratik inkişaf yolunu və Avropa İttifaqına doğru inteqrasiyanı əsas hədəf kimi göstərib. Xüsusilə, Ermənistanda qəbul edilən islahatlar paketi bu yöndə atılan konkret addımlardan xəbər verir. Rusiya bu prosesin hüquqi fəsadlarına diqqət çəkir. Belə ki, Aİ-nin xüsusi konvensiyalarına və sanksiya qərarlarına əsasən, Rusiyaya məxsus mülki və hərbi təyyarələrin ittifaq ölkələrinin hava məkanına daxil olması məhdudlaşdırılıb. Əgər Ermənistan gələcəkdə Aİ-nin tamhüquqlu üzvünə çevrilərsə, bu qaydalar avtomatik olaraq Ermənistan ərazisində də qüvvəyə minəcək. Bu vəziyyət ikitərəfli xarakter daşıyır. Ermənistanın Aİ-nin bir hissəsi olması həm də Rusiyanın cavab tədbirləri görməsinə və Ermənistan təyyarələrinin Rusiya səmasında qadağan olunmasına gətirib çıxaracaq. Beləliklə, iki ölkə arasındakı münasibətlər artıq daxili razılaşmalarla deyil, Aİ-nin beynəlxalq hüquqi normaları ilə tənzimlənməli olacaq. Lakin nəzərə almaq lazımdır ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü kifayət qədər mürəkkəb və uzunmüddətli bir prosesdir; bu səbəbdən yaxın 5–10 il ərzində sözügedən dəyişikliklərin tam başa çatması real görünmür”.

 

Güllər Gülhüseynova

#Rusiya #Ermənistan #Avropaittifaqı #Aİ #sanksiya #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər