Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq
İran və Ermənistan gömrük prosedurlarının sadələşdirilməsi və sərhəd keçidlərinin sürətləndirilməsi ilə bağlı yeni razılaşmalar əldə edib. Tərəflər Norduz-Mehri sərhəd-keçid məntəqəsində “yaşıl dəhliz” mexanizminin tətbiqi və elektron məlumat mübadiləsinə keçidlə bağlı protokol imzalayıblar.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, “yaşıl dəhliz” İran və Ermənistan arasında sadələşdirilmiş gömrük sisteminin yaradılması deməkdir:
“Bunlar ciddi yoxlamalar olmadan, elektron sistem vasitəsilə məlumatların verilməsini və yüklərin buradan sürətlə daşınmasını təmin edir. Yəni, əslində, bu, Azərbaycan və İran arasında əlaqəmiş olubdur, Mığrı üzərindən. İndi də yenə həmin yol işləyəcək, sadəcə burada Ermənistan üzərindən, Gürcüstan, oradan da Qara dənizə və Qara dənizdən Avropaya çıxış yolu, yəni belə bir ticarət yolunun da açılması düşünülür. Onu göstərsəniz, əslində, bu ölkələr arasında gömrük prosedurları sadələşdirilib. Yəni, yaşıl dəhlizdə bu nəzərdə tutulur. Biz bilirik ki, İran və Ermənistan arasında məşhur yaxın əməkdaşlıq olub. Yəni, bu əməkdaşlığın, ticarət əlaqələrinin sürətləndirilməsinin, sadələşdirilməsinin bir təsbiti kimi dəyərləndirilə biləcək”.
Politoloq həmçinin bunu da qeyd edib ki, yaşıl dəhlizin sadələşdirilmiş gömrük sisteminin formalaşması, Ermənistan üzərindən İranın, Kürdüstanın və Qara dənizə çıxış yolunun gündəlikdə olmasına işarədir:
“Onlar, belə bir ticarət yolunun işləməsinə çalışırlar. Son vaxtlar Amerika ilə, Avropa İttifaqı ilə Ermənistan əməkdaşlığının dərinləşməsi təbii ki, İranla münasibətlərdə müəyyən sorunlar yaratmamış deyil. Amma anlaşılır ki, hələlik bu ticarət əlaqələri, yəni, sanki davam edir və inkişaf edir. Görünür, bu, İran-Ermənistan münasibətlərinə müəyyən təsir etmir, böyük geosiyasi prosesdir. Bütün bunlarda bu, bir daha gəlib çıxaydı əməkdaşlığa, ticarət əlaqələrinə, tranzit daşımalarına bir növ yaşıl işığın yandırılması anlamını verir”.
Güllər Gülhüseynova