00:00:00
Yazar
Zəri Bayramlı
22.04.2026 21:55 141 2 dəq oxuma
Siyasət

Ermənistan və Azərbaycan arasında yeni mərhələ-Deputat açıqladı

Ermənistan və Azərbaycan arasında yeni mərhələ-Deputat açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında işgüzar əlaqələrin qurulacağına inandığını bildirib. “Qeyd etməkdən məmnunam ki, artıq bəzi proqramlar həyata keçirilir. Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət kiçik addımlarla formalaşır və vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələr konkret mərhələyə keçib. Ümid edirəm və əminəm ki, yaxın gələcəkdə bu münasibətlər daha da genişlənəcək. Bu, sülhün institusionallaşmasının ən mühüm vasitələrindən biridir”, - Paşinyan qeyd edib.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu“İnformator.az”a açıqlmasında bildirib ki, Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı əsas problem Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların qalmasıdır:

 

 

“Ermənistanın baş naziri Ermənistan və Azərbaycan arasında yaxın vaxtlarda sülhün əldə olunması ilə bağlı tez-tez açıqlamalar verməsinə baxmayaraq, burada hələ də həllini tapmamış mühüm bir məsələ qalır. Bu isə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması və həmin müddəaların sənəddən çıxarılması zərurətidir. Fikrimcə, bu məsələ dərhal həll edilə biləcək xarakter daşımır. Çünki konstitusiyaya dəyişikliklər, digər ölkələrdə olduğu kimi, Ermənistanda da referendum yolu ilə həyata keçirilir. Hər nə qədər Nikol Paşinyan optimist bəyanatlar versə də, bu hüquqi məsələ həll olunmadan sülh sazişinin imzalanması mümkün görünmür.Lakin Nikol Paşinyanın seçkilərdə qalib gəlməklə bağlı özünə məxsus real proqnozları var və məhz buna görə də bu cür bəyanatlarla çıxış edir”.

 

Deputat bu məsələlər fonunda Azərbaycanın mövqeyinə aydınlıq gətirib:

 

“Azərbaycan isə bu məsələdə tələsmir. Çünki sülhün açarı Azərbaycandadır. Ermənistanda gələcəkdə işğala zəmin yaradan hüquqi postulatlar aradan götürülməsə, Ermənistan üçün sülh əldə etmək çətin olacaqdır. Türkiyə irəli sürdüyü format isə yalnız Ermənistan və Azərbaycan arasında diplomatik əlaqələrin bərpa olunmasından sonra mümkün olan bir hadisədir. Bütövlükdə bənzər formatda qarşılıqlı əməkdaşlıq nümunəsi mövcuddur; məsələn, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı mövcuddur. Şübhəsiz ki, Ermənistanın da başqa bir formatda və ümumi formatda bu prosesə qoşulması ehtimalı var. Ancaq, bu ehtimalın reallığa çevrilməsi üçün ilk növbədə sülh sazişinin imzalanması və sonra diplomatik əlaqələrin bərpası vacibdir ki, bundan sonra qardaş ölkənin irəli sürdüyü təklif reallaşa bilsin”.

 

Zəri Bayramlı

#azərbaycan #arasında #mərhələ-deputat #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər