00:00:00
Yazar
Səmayə Səftərova
08.10.2026 21:51 35 1 dəq oxuma
Siyasət

Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər

Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan oktyabrın 8-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıb.

 

 "İnformator.az" xəbər verir ki, Mirzoyan iranlı həmkarına İrana səfəri zamanı göstərdiyi isti qəbula görə təşəkkür edib.

 

Tərəflər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gedişini müzakirə ediblər. Qeyd edək ki, Mirzoyan oktyabrın 5-də Tehranda Əraqçi ilə görüşüb. Görüşdə Ermənistan-İran münasibətlərinin inkişafı, enerji, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq, Ermənistan-İran sərhədində ikinci körpünün tikintisi və üçüncü elektrik ötürücü xəttinin tamamlanması məsələləri müzakirə olunub.

#Ermənistan #İran #səfər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər