Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan Azərbaycanda səfərdədir.
"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan məlumat verib.
Kristine Qriqoryanın səfəri Bakıda keçirilən 4-cü Təhlükəsizlik Forumu ilə əlaqəlidir.
Ermənistan mediasının məlumatına görə, “FlyOne” aviaşirkətinə məxsus “Gulfstream” G450 təyyarəsi bu gün İrəvandan Bakıya uçub. O, səhər saat 7-də “Zvartnots” hava limanından yola düşüb və 50 dəqiqə sonra Azərbaycanın paytaxtına eniş edib. Geriyə dönüş isə bu gün saat 21:40-da gözlənilir.