00:00:00
Yazar
Elmira Ağayeva
04.08.2026 21:50 30 1 dəq oxuma
Siyasət

Ermənistanda yeni parlament sədri: Azərbaycanla münasibətlərə təsiri necə olacaq?

Ermənistanda yeni parlament sədri: Azərbaycanla münasibətlərə təsiri necə olacaq?

Ruben Rubinyan doqquzuncu çağırış Ermənistan parlamentinin sədri seçilib.
Onun lehinə 64 deputat səs verib.
Rubinyanın parlamentin spikeri postuna namizədliyini hakim "Vətəndaş müqaviləsi" partiyası irəli sürüb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Ruben Rubinyanın parlament sədri seçilməsi Ermənistanın mövcud siyasi kursunun davamı kimi başa düşülməlidir:

 

“O, Nikol Paşinyanın yaxın komandasının üzvüdür və Qərbyönlü siyasətçi kimi tanınır. Parlament sədri xarici siyasəti birbaşa müəyyən etmir. Lakin parlament diplomatiyasının formalaşmasında, beynəlxalq əlaqələrin inkişafında və hökumətin xarici siyasət mövqeyinin beynəlxalq platformalarda təqdim olunmasında mühüm rol oynayır. Buna görə də Rubinyanın seçilməsi Ermənistanın hazırkı xarici siyasət xəttinin davam edəcəyini göstərən siqnal kimi qəbul oluna bilər.Azərbaycan-Ermənistan münasibətləri baxımından bu dəyişiklikdən ciddi dönüş gözlənilmir. Rubinyan uzun müddətdir Türkiyə ilə normallaşma prosesində Ermənistanın əsas nümayəndələrindən biri olub və dialoqu dəstəkləyən siyasətçi kimi tanınır. Bu, sülh gündəliyinin qorunmasına müsbət təsir edə bilər. Bununla yanaşı, o, Ermənistanın rəsmi mövqeyini müdafiə edir və tərəflər arasında mövcud fikir ayrılıqlarını aradan qaldıracaq yeni siyasi xəttin formalaşacağı hələlik real görünmür.Ümumilikdə, Rubinyanın parlament sədri seçilməsi siyasi kursun dəyişməsindən daha çox, mövcud kursun davam etdirilməsi kimi qiymətləndirilməlidir”.

 

Nuray Əliyeva

#Azərbaycan #Ermənistan #seçki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər