00:00:00
Yazar
Güllər Gülhüseynova
25.11.2026 18:42 16 1 dəq oxuma
Siyasət

Ermənistanın Azərbaycan və Türkiyə ilə enerji əməkdaşlığı regionda yeni imkanlar yarada bilər

Ermənistanın Azərbaycan və Türkiyə ilə enerji əməkdaşlığı regionda yeni imkanlar yarada bilər

Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosesi fonunda enerji əməkdaşlığının inkişafı məsələsi də aktuallaşır. Elektrik şəbəkələrinin birləşdirilməsi Ermənistanın enerji təhlükəsizliyinə, eləcə də regionda iqtisadi və siyasi inteqrasiyaya təsir göstərə bilər.

 

Politoloq Oktay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə ilə enerji əməkdaşlığı Ermənistanın Rusiyadan asılılığının azalmasına və müstəqil siyasət yürütmək imkanlarının genişlənməsinə şərait yarada bilər:

 

“Enerji baxımından kənardan, daha çox Rusiyadan asılı olan Ermənistan Azərbaycan və Türkiyə ilə öz elektrik şəbəkələrini birləşdirməklə həm də özünü sığortalamış olur, təminatlı enerji təchizatı əldə edir və hansısa ekstremal şəraitdə bunun alternativ variantları olur. Bu baxımdan enerji sistemlərinin birləşməsi Ermənistanı asılılıqdan qurtaran faktor olacaq ki, bu da ölkənin müstəqil dövlət olaraq müstəqil siyasət aparmaq imkanlarını artıracaq.

 

Elektrik şəbəkələrinin əlaqələndirilməsi və birləşdirilməsi, inteqrasiya olunması Cənubi Qafqaz üçün mühüm amildir və gələcəkdə bölgənin sülh, əmin-amanlıq və sabitlik coğrafiyasına çevrilməsinə də töhfə verə bilər”.

 

Fatimə Hüseynova

#baki #enerji #əməkdaşlığı #imkanlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər