00:00:00
Yazar
Ayşən Səlimova
03.04.2026 22:02 118 2 dəq oxuma
Dünya

“Ermənistanın Qərbə yaxınlaşması Rusiyada aqressiyanı artırır”-ŞƏRH

“Ermənistanın Qərbə yaxınlaşması Rusiyada aqressiyanı artırır”-ŞƏRH

Sərkisyan: Putin Paşinyanın yerinə onun keçməsini istəyir. “Dünən Putin-Paşinyan görüşünün açıq hissəsində Rusiya Prezidenti jurnalistlərin iştirakı ilə Ermənistan Baş nazirinə irad bildirərək qeyd edib ki, Ermənistanda Rusiya pasportu olan bir şəxs (Samvel Karapetyan) siyasətlə məşğul olmağa cəhd etdiyinə görə həbsdədir”.

 

Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, məlumdur ki, Ermənistanın Qərbə tərəf yönəlməsi Rusiyadan müəyyən mənada uzaqlaşmasına şərait yaradıb:

 

“Rusiya mütəmadi şəkildə Ermənistanda dövlət çevrilişinə cəhdlər edib, Kilsəni və özünə bağlı olan müəyyən siyasi dairələri hakimiyyətə qarşı üsyana qaldırıb. Rusiya pasportu olan müxtəlif şəxsləri də bu məqsədlə Ermənistana yollayıb. Ancaq hələ ki, bir nailiyyət əldə etməyib. Həbs olunduğu deyilən şəxslərlə bağlı qaldırılan məsələ sadəcə Ermənistana müəyyən qədər təsir etmək məqsədi daşıyır. Ermənistanın Qərbə yaxınlaşması Rusiyada aqressiyanı artırır. Sözü gedən şəxsin azadlığa buraxılmaması ilə bağlı məsələnin iki ölkə arasında diplomatik böhrana səbəb yarada biləcək, lakin siyasi gərginliyin süni şəkildə artırılması baş verə bilər. Rusiya seçki qabağı Baş Nazir Nikol Paşinyana təsir və təziq edərək maraqlarını təlqin etməyə çalışır. Paşinyanın da indiki ərəfədə, seçki prosesini tamamlayana qədər Rusiya ilə münasibətlərin normallığını qoruması təbiidir. Moskva Ermənistan qarşı indiki ərəfədə gərginlik yaşamaqda maraqlı ola bilməz. Ukrayna müharibəsinin davam etdiyi dövrdə Qərbə yaxınlaşmaqda olan Ermənistanla yalnız diplomatik dildə danışaraq maraqlarını təmin etməyə çalışacaq. Gərginlik yaratsa bu təkcə Ermənistana qarşı deyil, regionda əldə olunmuş sülhə qarşı təhdid kimi qiymətləndirilə bilər. Odur ki, Rusiyanın Ermənistana qarşı ciddi təxribatlara cəhd etməsi indiki dövrdə mümkün görünmür”.

 

Aytac İbrahimova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər