00:00:00
Yazar
Aysel Mirzəyeva
08.05.2026 20:55 96 2 dəq oxuma
Siyasət

Ermənistanın Qərbə yönəlməsi Moskvanı niyə təşvişə salır?

Ermənistanın Qərbə yönəlməsi Moskvanı niyə təşvişə salır?

“Ermənistan iki stulda oturmaq siyasətinə sadiq qalmağa davam edir”. Bunu Yuri Uşakov Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitini və Ermənistanın Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamasını şərh edərkən deyib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Siyasi Birliyinin bölgəmizə gəlməsi müsbət qarşılanır:

 

“Unutmayaq ki, bu birliyin zirvə görüşünün keçirilməsi üçün həm də Azərbaycan tərəfinin razılığı və təşəbbüsü olub. Yəni biz Ermənistanla məsələlərimizi tam həll etmədən belə bu jesti etmişik, bu iradəni nümayiş etdirmişik. Arzu etdiyimiz odur ki, Rusiya ümumiyyətlə bölgəmizdən uzaqlaşsın və həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstan doğrudan da müstəqil siyasət yürüdərkən qarşımızda Rusiya əngəli olmasın. Düzdür, Ermənistan bunu bir qədər fərqli anlayıb, Rusiyanı bölgədən çıxarıb yerinə Fransanı və digərlərini gətirməyi düşünür. Bu isə yanlış yanaşmadır. Azərbaycan kimi davranmaq lazımdır. Yəni biz heç kimi Rusiyanın əvəzinə bura gətirmirik. Bu toplantının bölgəmizdə keçirilməsi, üstəlik də İlham Əliyevin onlayn qoşularaq çıxış etməsi diqqətəlayiq hadisədir. Bildiyimiz kimi, 2028-ci ildə belə bir toplantı Bakıda keçiriləcək və diqqət çəkən məqamlardan biri də odur ki, Nikol Paşinyan həmin toplantıda iştirak etməyə hazır olduğunu bildirib. Rusiya-Ermənistan münasibətlərində gərginlik Rusiyanın bölgədən təsir imkanlarının azalmasından qaynaqlanır. Rusiya uzun illər Ermənistanı öz təsir dairəsində saxlayıb. Lakin indi Ermənistan üzünü Avropaya tutub və Rusiyadan uzaqlaşmağa çalışır. Hesab edirəm ki, Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra Rusiyanın Ermənistandakı hərbi bazasının taleyi də yenidən müzakirə mövzusu olacaq”.

 

Şərhçi əlavə edib ki, belə bir şəraitdə Rusiyanın narahatlığı anlaşılandır:

 

“Güney Qafqaz kimi strateji bölgədə təsir imkanlarının azalması Rusiyanı narahat edir. Ermənistanın Qərblə yaxınlaşması qüvvələr balansını köklü şəkildə dəyişməyəcək. Çünki Azərbaycan regionun aparıcı ölkəsidir və iqtisadi, siyasi, demoqrafik göstəricilərinə görə ön mövqedədir. Yaxın perspektivdə bunun dəyişəcəyi gözlənilmir. Ermənistanın Qərblə yaxınlaşması Azərbaycanın rolunu azaltmır. Əksinə, regionda sabitliyin formalaşması üçün yeni reallıqlar yaradır”.

 

Aytac İbrahimova

#yeni #ermənistanın #azərbaycan #qərbə #niyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər