Erməni politoloqu Davit Şahnazaryan mitinq haqqında
Tərcümə etdi: İsmayıl Tanrıverdi
BDU, Erməni araşdırma mərkəzinin Böyük elmi işçisi
Erməni politoloqu Davit Şahnazaryan mitinq haqqında "1-in LRATVAKAN" saytı müxbirinin suallarına cavab verərkən bildirmişdir ki, "Hakimiyyət orqanları bu mitinqin iştirakçılarına qarşı etdikləri hərəkətlərə görə məsuliyyət daşıyırlar. Onlar Ermənistanla sivil dünyanın əlaqələrinə çox böyük ziyan vurdular. Bizim bu günkü sosial-iqtisadi vəziyyətimizın müntəzəm olaraq dərinləşməsi bizim xarici siyasətimizə mənfi təsir etməkdə davam edir. Məlumdur ki, hazıkı mitinqdə təşkilatçılıq və idarəçilik yoxdur. Ciddi addımlar atılmır, tələblər tam məlum deyil.Çixiş edənlər hərəsi bir tələb irəli sürür.
Biz neçə ki, Rusiyanın siyasi oyunları ilə hərəkət edəcik, Avrasiya İqtisadi Birliyi adlanan qurumla əlaqələri inkişaf etdirməyə çalışacıq bu hadisələr də həmişə davam edəcəkdir. Problemin yegənə həlli yolunun bir açarı var ki, o da özümüzdə olmalıdır. Yəni biz öz dövlətçiliyimizi özümüz idarə etmək üçün mübarizə aparmalıyıq. Əks təqdirdə Rusiya həmişə olduğu kimi bizi sıxışdıracaq.
Mən bir siyasətçi kimi sadəcə mitinqi izləməyə gəlmişəm. Mitinq təşkilatçılarının gələcək planları məlum olmadığına görə onlarla əlaqəm yoxdur. Əgər bu barədə məlumat almaq istəyirsinizsə, onda onların özlərindən soruşun."
