00:00:00
Yazar
Admin User
23.10.2015 06:13 453 2 dəq oxuma
Siyasət

ERMƏNİSTAN ORDUSUNDA ÖLÜM HALLARI ARTIB

Bu barədə məlumatlar Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi tərəfindən bildirilmişdir
ERMƏNİSTAN ORDUSUNDA ÖLÜM HALLARI ARTIB

 İSMAYIL  TANRIVERDİ

 BDU-nun Erməni araşdırmaları ETL-in Böyük Elmi işçisi

İnformator.Az saytı erməni saytlarına istinadən bildirir: araşdırmalar göstərir ki, Ermənistan ordusunun ölkədə və Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrində hərbçilərin ölüm halları artmaqda davam edir.  2015 –ci ilin 9 ayı ərzində Ermənistan Respublikasının hərbi qüvvələrində baş vermiş  39 hadisə nəticəsində 54 nəfər hərbi qulluqçu həlak olmuşdur. Keçən 2014 –cü ildə isə eyni müddət ərzində baş vermiş hadisələr zamanı 37 ölüm halı baş vermişdi. Bu barədə məlumatlar Helsinki Vətəndaş Assambleyasının     Vanadzor ofisi tərəfindən bildirilmişdir.

    Məlumatda deyilir ki, 54 ölüm hadisəsinin 31 – i Azərbaycanla sərhəd bölgəsində baş vermiş,  3 hadisə qəsdən adam öldürmə, 5 hadisə özünüöldürmə və ya özünüöldürmə həddinə çatdırma, 1 hadisə hərbi qulluq qaydalarına düzgün əməl olunmaması ilə əlaqədar olmuş, 12 ölüm faktı müxtəlif bədbəxt hadisələr ( avtomobil qəzası və sair) zamanı olmuş, 2 hadisə isə sağlığında problem olan əsgərlərin ölümü ilə əlaqədar olmuşdur.

    2015 –ci il Ermənistan ordusunda 31 nəfər hərbçinin 24-ü Dağlıq Qarabağda təmas xəttində, 7 nəfəri isə Ermənistan ərazisində həlak olmuşlar.

    2014-cü ildə isə, 20 hərbi qulluqçunun 17- nəfəri Dağlıq Qarabağ ərazisində, 3 nəfər isə Ermənistan ərazisində həlak olmuşlar.

 Rəqəmlərdən də göründüyü kimi, hərbçilər arasında ölüm sayının artımı nəzərə çarpacaq qədərdir. Qeyd edək ki, 2015-ci ilin doqquz ayı ərzində cəbhə bölgəsində ölənlərin sayı (31) bütövlükdə 2014-cü ildə ölənlərin sayından (26) da çox olmuşdur. Əgər faizlə desək, son iki il ərzində  Ermənistan ordusunun cəbhə bölgəsində ölənlərin sayı 2013-cü ildə 10 %, 2014-cü ildə 44,4 %, 2015-ci ildə isə 59,9 %  artmışdır. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər