Ermənistan prezidenti Ərdoğanın dəvətini rədd edib
Ermənistan prezidenti Serj Sarkisyan Çanaqqala savaşının 100 illiyi münasibəti ilə təşkil olunan tədbirdə iştirak etməyəcək
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 aprel 2015-ci ildə Çanaqqala qələbəsinin 100 illiyini qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərinə dəvətini rədd edib.
Trend-in məlumatına görə, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat verib.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib.
Onun sözlərinə əsasən, həmin gün Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək.
Qeyd edək ki, Ermənistan aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır.
