Ermənistan prezidenti Serj Sarkisyan hərbi cinayətkar kimi tanına bilər.
Ermənistan prezidenti Serj Sarkisyan hərbi cinayətkar kimi tanına bilər. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası aksiyaya başlayıb. Bununla bağlı yeni işçi qrupu yaradılıb. Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsin toplanması vacibdir. 17 qeyri hökumət təşkilatının iştirakı ilə yaradılan işçi qrup səsvermə yolu ilə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağı planlaşdırır. İşçi qrupun üzvü Asif Əsgərli Yuqoslaviya ittifaqının rəhbəri Miloşeviçin hərbi cinayətkar kimi tanındığını bildirib. Onun sözlərinə görə, bu addım Ermənistanın indiki və əvvəlki rəhbərliyinin də zaman-zaman hərbi cinayətkar kimi tanınması və beynəlxalq məhkəmələrə verilməsinə dəstək kompaniyası ola bilər. Səsvermə avaaz.org saytında aparılacaq. Məsələ ilə bağlı BMT-nin təhlükəsizlik şurasına müraciət edilməsi planlaşdırılır.
