00:00:00
Yazar
Admin User
06.02.2026 17:55 52 2 dəq oxuma
Siyasət

Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub

Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşlarının cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində keçirilən açıq məhkəmə prosesində yekun hökm elan olunub. Məhkəmə qərarına əsasən, bir sıra təqsirləndirilən şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum edilib, bəziləri isə ömürlük həbs cəzasına məhkum olunub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, bu hökm Azərbaycanın beynəlxalq hüquqa uyğun addım atdığını və müharibə cinayətlərinə görə məsuliyyəti tətbiq etdiyini göstərir:

 

"Azərbaycan açıq şəkildə beynəlxalq hüququn aliliyinə və onun inkişafına ciddi töhfə verir. Müharibə cinayəti törətmiş şəxslər beynəlxalq hüquqa əsaslanaraq məsuliyyətə cəlb edilir. Təbii ki, Azərbaycan məhkəmə qərarlarını birbaşa hüquqi müstəviyə əsaslanaraq həyata keçirir və istənilən beynəlxalq dövlət və ya təşkilat bu addımı legitim və etibarlı hesab edir.

Yeri gəlmişkən, Azərbaycanın bu addımı müharibə çərçivəsində cinayət törətmiş digər şəxslərin də cəzalandırılmasına dəstək olacaq. Bu, Ermənistan üçün məsuliyyət yaradır və göstərir ki, müharibə cinayətləri cəzasız qalmır. Nəticədə, gələcəkdə hər hansı təcavüzkar addımlar hüquqi cavabdehliklə üzləşəcək.

İkincisi, bu proses Ermənistan hökuməti və ictimaiyyətini daha ehtiyatlı olmağa sövq edir. Sülh prosesi çərçivəsində onlar Azərbaycanla münasibətlərdə müəyyən hədləri qorumağa məcburdurlar. Məhkəmə prosesinin açıq keçirilməsi şəffaflığı təmin edir və göstərir ki, müharibə cinayətlərini gizlətmək niyyəti yoxdur. Bu, həmçinin Azərbaycanın beynəlxalq imicini gücləndirir və ölkəmizə qarşı aparılan kampaniyalara ciddi cavabdır. Ən önəmlisi isə, məlumatların açıq şəkildə təqdim olunmasıdır - hər kəs buna baxa bilir və gizli deyil".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər