Ermənistanda bu il üstü açılmamış cinayətlərin sayı artıb
Cinayətlər əsasən kriminal dəstə başçıların ölümü, uşaq oğurluğu və s. göstərilir.
Müəllif:Tural Turan
Ermənistanda bu il üstü açılmamış cinayətlərin sayı artıb. İnformator az.saytının aravot.am-a istinadən verdiyi xəbərə görə, Ermənistan prokurorluğu bu ilin doqquz ayı ərzində baş verən cinayət hadisələrindən statistikasını açıqlayıb. Qurumun ictimaiyyətə açıqladığı rəsmi məlumatda ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə cinayətlərin sayı 6,4 faiz artıb. Bundan başqa, bildirilir ki, bu il baş verən kriminal hadisələrdən 7731-nin üstü hələ də açılmayıb. Bu isə 2014-cü ilin müvafiq dövrünə görə, isti izlərlə açılmayan cinayətlərdə 4,4 faiz artım deməkdir. Üstü açılmayan cinayətlər əsasən kriminal dəstə başçıların ölümü, uşaq oğurluğu və s. göstərilir.
