00:00:00
Yazar
Admin User
05.02.2026 07:26 75 2 dəq oxuma
Siyasət

Ermənistanın enerji sisteminin regionla sinxronlaşdırılması nə vəd edir?

Ermənistanın enerji sisteminin regionla sinxronlaşdırılması nə vəd edir?

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan ölkənin enerji sistemlərinin Türkiyə, Azərbaycan, İran və Gürcüstanla sinxronlaşdırılmasının texniki baxımdan mümkün olduğunu açıqlayıb. Nazir bildirib ki, bu proses elektrik enerjisinin idxalı və ixracı üçün kommersiya imkanları yarada, eyni zamanda regional enerji sisteminin sabitliyini təmin edə bilər. Lakin layihənin reallaşması üçün hələlik konkret vaxt çərçivəsi müəyyən edilməyib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib ki, Cənubi Qafqaz respublikalarının enerji sistemlərinin sinxronlaşdırılması mümkündür:

 

“Hələ sovet dönəmində Azərbaycan, Gürcüstan, Ermənistan vahid bir enerji sistemi qurub və təbii ki, əsas enerji mənbəyi Azərbaycan idi. Gürcüstan və Ermənistan bu mənbələrdən istifadə edib. Təbii ki, erməni rəsmiləri bunu bilir və yenidən bunu bərpa etmək fikrindədirlər. Biz artıq Ermənistanla normallaşma prosesinə başlamışıq. Azərbaycan ərazisindən, digər dövlətlərə məhsullar nəql olunur. Biz özümüz neft məhsullarını Ermənistana göndəririk. Əlimizdən gələni edirik ki, bu regionda sülh və stabillik yaransın. Amma enerji məsələsinə gəldikdə isə, təbii ki, bu, daha mürəkkəb bir məsələdir. Bunu çox yaxın zaman ərzində həll etmək olmaz, mürəkkəb prosesdir. Təbii ki, biz müəyyən şərtlərlə birlikdə buna hazırıq. Ermənistan gərək normallaşma prosesi çərçivəsində Azərbaycanın müəyyən tələblərini yerinə yetirsin. Konstitusiyaya müəyyən düzəlişlər edilməlidir, Azərbaycana qarşı ərazi iddiaları yoxa çıxmalıdır, sülh sazişi imzalanmalıdır. Bütün bunlardan sonra biz bu məsələyə qayıda bilər və müzakirə edib qərar qəbul edə bilərik. Bu cür şərtlərlə və normallaşma prosesi çərçivəsində Ermənistan əgər istəyirsə ki, bu vəziyyətdən çıxsın, əlbəttə ki, gərək özü müəyyən təşəbbüslər irəli sürsün ki, bizim tələb və şərtlərimiz yerinə yetirilsin”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər