Ermənistanın katolikosu 300 min dollar rüşvət tələb edib
Sabir Babayev.İnformator.az
Ermənistanın katolikosu 300 min dollar rüşvət tələb edib
Yeni ifşalar bütün ermənilərin katolikosu ikinci Qareginin obrazını daha konkret göstərir və onun “məzmunlu” fəaliyyətinə işıq saçır.
Parisin yeparxiya şurasının üzvlərindən biri (onun adını anlaşılan səbəblərə görə çəkmirik) bildirib ki, illər əvvəl “American Life İnsuranse” təşkilatı tərəfindən 1915-ci il uydurma erməni soayqırımından qurtulmuş ailələrə pul ayrılıb.
Lakin həmin pullar Fransada məqsədə xidmət etməyib, çünki ikinci katolikos Qaregin məbləğdən 300 min dolları özünün hesabına keçirməyi tələb edib. Bu Fransa yeparxiyasının o zamankı lideri müqəddəs Norvan atanın rəhbərliyi altında həyata keçirilib və mənbəmizə görə, o, bunun müqəbilində katolikosdan onun vəzifəsini daha bir uzadılmasını istəyib.
Qeyd edək ki, Fransa yeparxiyasının keçmiş rəhbəri müqəddəs Norvan ata hazırda Parisdə yaşayır və heç bir xidmətə cəlb olunmayıb.
