00:00:00
Yazar
Admin User
26.02.2015 07:07 469 1 dəq oxuma
Siyasət

Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası

Moksvada bir qrup azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib
Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası

Moksvada bir qrup azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Gənclər səfirliyin binası qarşısında 1 saatdan artıq gözlədildikdən sonra etiraz məktubunu təqdim edə biliblər. Azərbaycanlı gənclərin məktub alınmayacağı təqdirdə səfirliyi tərk etməyəcəyini görən ermənilər imza ataraq gənclərin etirazlarını yazılı surətdə qəbul ediblər. Etiraz məktubunda Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclər Ermənistanın əsir götürdüyü Şahbaz Quliyev və Dilqəm Əsgərovun dərhal azadlığa buraxılmasını, Ermənistan dövlətinin Azərbaycan qarşı təxribatlardan əl çəkməsini və işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasını tələb ediblər. Məktubda dünya dövlətləri və təşkilatlarının əsirlər haqqında səsləndirdiyi fikir və tələblər də yer alıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər