00:00:00
Yazar
Admin User
12.10.2023 17:15 585 1 dəq oxuma
Araşdırma

Ev heyvanları haqqında doğru bilinən yanlışlar

Ev heyvanları haqqında doğru bilinən yanlışlar

1. "İsti burun itin xəstə olduğu mənasına gəlir"

İllərdir qarşımıza çıxan bu məlumat doğru deyil. İtin burnunun istiliyinin sağlamlığı ailəsi əlaqəli olduğu ilə bağlı sübut yoxdur. İtlərin burnunun temperatur dəyişikliyi genetik və gün ərzində istilik dalğalanmaları ilə bağlı ola bilər. Sağlamlığı bağlı şübhəniz varsa, baytara göstərin.

2. "Yaşlı itə yeni oyunlar öyrədə bilməzsiniz."

Yeni oyunlar öyrətmək üçün itin yaşı vcib faktor deyil. İtlər, yaşlarının fərqi olmadan səbriniz varsa, öyrədilə bilər. Onları motivasiya etməyiniz vacibdir.

3. "İnsanların yediyi yeməklər ev heyvanları üçün zərərli deyil."

Şəkərli, yağlı yeməklər ev heyvanlarının orqanizminə uyğun deyil. Amma buxarda bişirilmiş ət və doğranmış tərəvəzləri verə bilərsiniz. Bundan əlavə, avokado, üzüm, soğan, sarımsaq ev heyvanlarında ciddi bağırsaq problemlərinə səbəb olur.

4. " Ev heyvanları yaralarını yaladığında sağalma sürətlənir."

Bu hal yaranı sağaltma yerinə, yaraya infeksiya salma və qıcıqlanma riskini artırır. Kiçik yaralar üçün antiseptik spreylər və ya losyon istifadə edə bilərsiniz.

Aytac Ramazanlı

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər