00:00:00
Yazar
Admin User
20.11.2025 15:51 98 2 dəq oxuma
Sosial

Ev heyvanları: İnsanlara fayda və təhlükə

Ev heyvanları: İnsanlara fayda və təhlükə

 

Ev heyvanları insan həyatına sevinc və dostluq gətirsə də, bəzən sağlamlıq baxımından risklər də yarada bilər. Pişik və it kimi heyvanlar düzgün baxılmadıqda allergiya, cırıq-xəsarət və bəzi xəstəliklərin yayılmasına səbəb ola bilər.

Mütəxəssislər bildirir ki, heyvanların müntəzəm baytarlıq yoxlamaları, düzgün qidalanması və gigiyena qaydalarına riayət edilməsi insanlara ziyan riskini minimuma endirir. Bununla yanaşı, ev heyvanları insanlarda stressi azaltmaq, emosional dəstək göstərmək və sosial bacarıqları inkişaf etdirmək kimi faydalar da verir.

 

Mövzu ilə bağlı baytar həkimi Cansu Məmmədova "İnformator.az"a olan açıqlamasında bildirib ki,ev şəraitində saxlanılan istənilən heyvan ən azı 6 aydan bir müayinə edilməlidir:


"İlk olaraq bildirim ki, heyvanlardan hər zaman insanlara xəstəlik keçmir,əgər ev şəraitində heyvana müəyyən profilaktik tədbirlər edilirsə, ( peyvəndləmə, həm xarici həm daxili parazit dərmanları) bu zaman heyvandan insana heç bir xəstəlik keçə bilməz. Lakin bəzi xəstəliklər var ki,məsələn göbələk,bu xəstəliyi keçirən heyvandan insana xəstəlik təmasla keçə bilir. Bu da vaxtı-vaxtında heyvana müəyyən immunitet preparatları və baxım prosesləri edilərsə bu xəstəlikdə yaranmır. Allergiya da həmçinin bəzən insanlarda yaranır. Ancaq bunun birbaşa heyvanla əlaqəsi yoxdur. İnsan orqanizmindən asılıdır. Ən əsası ev şəraitində saxlanılan istənilən heyvan ən azı 6 aydan bir müayinə edilməlidir. Bu həm heyvanlarda,həm də insanlarda yarana biləcək xəstəliklərin qarşısını alır".


Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər