00:00:00
Yazar
Admin User
26.12.2025 17:33 89 1 dəq oxuma
Sosial

Ev şəraitində effektiv idman mümkündürmü?

Ev şəraitində effektiv idman mümkündürmü?

Müasir həyat tərzi, vaxt azlığı və bəzən idman zallarına çıxış imkanlarının məhdudluğu insanları evdə idman etməyə yönəldir. Bir çoxları evdə edilən məşqlərin zal məşqləri qədər effektiv olmadığı fikrindədir. Bəs doğrudanmı ev şəraitində də sağlamlıq üçün yetərli və təsirli idman mümkündür?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında fitnes müəllimi Rəşid Rəşidov bildirib ki, düzgün proqramla ürək, əzələ və ümumi sağlamlıq inkişaf edir:

 

"Etdiyimiz hər bir idman faydalıdır. Amma bu, onu nə məqsədlə etdiyinizdən asılıdır - arıqlamaq üçünmü, kökəlmək üçünmü, dözümlülüyü artırmaq üçünmü və s. Düzgün məşq proqramı ilə hər şey mümkündür. Avadanlıq olmayanda da mümkündür. İnsan öz çəkisi ilə işləyib gücünü və dözümlülüyünü artırandan sonra fitnes edənlərdən daha güclü olacaq. Çünki öz çəkini məşq etdirərək güc qazanmaq daha uğurludur.

 

Amma fitnesdə dəyişən çəkilərlə məşqlər olunur və buna görə də fikir vermisinizsə, hansısa bir usta da, fəhlə də fitnesçilərdən daha güclü ola bilir".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər