00:00:00
Yazar
Səadət Əlizadə
07.04.2026 20:31 18 1 dəq oxuma
Siyasət

Eyal Zamir: İsrail İranla münaqişədə strateji nöqtəyə yaxınlaşır

Eyal Zamir: İsrail İranla münaqişədə strateji nöqtəyə yaxınlaşır

İsrail İrana qarşı müharibədə strateji nöqtəyə yaxınlaşır.


"İnformator.az” “The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir bildirib.


Onun sözlərinə görə, İsrail ordusu ABŞ ilə birgə İrana qarşı keçirilən əməliyyat çərçivəsində qarşıya qoyulan vəzifələrin icrasında artıq mühüm uğurlar əldə edib.


"Biz İrana qarşı birgə kampaniyada strateji dönüşə yaxınlaşırıq. Hazırda biz əhəmiyyətli uğurlar, o cümlədən əməliyyatın əvvəlində müəyyən edilən hədəflərlə bağlı uğurlar əldə etmişik. Qətiyyətlə fəaliyyət göstərməyə və İrana zərbələri dərinləşdirməyə davam edəcəyik", - o bildirib.


Livanda "Hizbullah" qruplaşmasına qarşı quru əməliyyatından danışan Zamir vurğulayıb ki, İsrail ordusu İsrailin yaşayış məntəqələrinin atəşə tutulmasının qarşısını almaq üçün qabaqcıl müdafiə zonası yaratmağa davam edəcək. O, həmçinin bildirib ki, İsrail ordusu Livanın dərinliklərindəki raket qurğularına zərbələr endirməyi davam etdirəcək.

#strateji #nöqtəyə #yeni #i̇srail #zamir:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər