Fars körfəzində gərginlik: İranın hücumları, BƏƏ-dən qisas mesajı
İran raketinin Əbu-Dabi limanında lövbər salmış “Mein Schiff 4” kruiz gəmisinin yaxınlığına düşdüyü iddia olunur. Gəmidə təxminən 3500 sərnişinin olduğu bildirilir. Məlumata görə, zərbələr həmçinin BƏƏ-nin neft platformasına və Fars körfəzində yerləşən hərbi obyektə endirilib.
BƏƏ hakimiyyəti İran ərazisinə qarşı cavab vermək hüququnu özündə saxladıqlarını açıqlayıb. Hadisə regionda gərginliyi daha da artırıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Ermənistanın genişlənmə ehtimalı praktik baxımdan var, yəni genişlənə bilər, bunu istisna etmirəm:
“Amma bu, kifayət qədər risklidir. Bir tərəfdən, belə bir proses Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər. Digər tərəfdən, isə bunun çox böyük iqtisadi təsirləri ola bilər. Xüsusilə, söhbət iqtisadi baxımdan güclü və dünyanın əsas iqtisadi mərkəzlərindən biri olan Birləşmiş Ərəb Əmirlikləri kimi ölkədən gedirsə, məsələ daha da həssas xarakter alır.Bu, ABŞ-ə lazımdırmı? Məncə, lazım deyil və ABŞ belə bir addıma getməz. Bu baxımdan, düşünmürəm ki, müharibənin aktiv fazası qarşıdakı günlərdə başa çatsın. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu müharibə neft qiymətlərinə ciddi təsir göstərir və bazarda əsas hərəkətlilik məhz neftin qiymətləri ətrafında cərəyan edir. Elə buna görə də, ABŞ Prezidenti müharibənin başlanması ilə bağlı müəyyən məqamları öncədən dəyərləndirmişdi. Bütün bunları nəzərə alaraq düşünürəm ki, proseslər müəyyən mərhələdən sonra səngiyəcək. İranda artıq ali dini liderin öldürüldüyü, nöqtə atəşləri nəticəsində əsas hərbi-siyasi elitanın aparıcı fiqurlarının zərərsizləşdirildiyi iddia olunur. İran daxilində də qarşıdurma müəyyən mənada güclənib. Belə görünür ki, ABŞ bu prosesdə bir növ katalizator rolunu oynadı və bundan sonrakı mərhələdə hadisələr daxili dinamikaya uyğun şəkildə davam edəcək. ABŞ isə artıq səhnədə öz mövqeyini müəyyənləşdirib”.
Gövhər Mehyəddinova
