00:00:00
Yazar
Admin User
04.02.2026 19:40 109 2 dəq oxuma
İqtisadiyyat

Fitch Azərbaycan banklarını qiymətləndirib

Fitch Azərbaycan banklarını qiymətləndirib

Azərbaycanda kreditləşmənin sürətli artımı və dividend ödənişləri bank sektorunda kapital buferlərinin azalmasına səbəb olsa da, 2026-cı ildə ümumi kapitallaşma səviyyəsinin sabit qalacağı gözlənilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı ekspert İsmayıl Məmmədov bildirib ki, elmi dildə desək, kapital buferləri bank sektorunun makroprudensial immunitetidir:

 

"Bu immunitet zəiflədikcə risklər dərhal deyil, zamanla yığılaraq üzə çıxır.Beynəlxalq Bankçılıq Araşdırmaları Mərkəzinin (BIS) 2021–2023-cü illər üzrə panel tədqiqatları göstərir ki, Kapital adekvatlığı 15%-dən aşağı düşən banklarda 2–3 il sonra NPL( Non-Performing Loans, yəni problemli kreditlər) artımı orta hesabla 1.5–2% bəndi sürətlənir. Dividend kredit nisbəti yüksəldikcə, bankların şoklara davamlılığı kvadratik şəkildə azalır. Azərbaycan reallıqları belədir ki, 2023-cü ildə sektorun ümumi kapitallaşma dərəcəsi: 16.2%, 2024-cü ilin I yarısı: 14.8% (Fitch-in diqqət çəkdiyi azalma), Təhlükə həddi:12%-dən aşağı (Beynəlxalq standartlar).

Kapital azaldıqca, banklar riskli sektorlara meyl edir. Statistika isə kiçik və orta biznes (KOB) kreditlərinin 35%-i yenidən maliyyələşdirilməyə ehtiyac duyur. Neft qiymətləri 10% düşsə valyuta gəlirləri azalar, kredit ödənişləri çətinləşər. Bank sahibləri qısa müddətli gəlir, dövlət tənzimləyiciləri uzunmüddətli sabitlik istəyir. Kredit artımı iqtisadiyyat üçün oksigendir. Amma oksigeni normadan artıq versəniz, xəstə sağalmaz, vəziyyəti ağırlaşar. 

Kredit artımı = İstehlak artımı = İstehsal artımı deməkdir. Rəqəmlərlə desək, kredit artımının hər 10%-i ÜDM artımına 1.2% töhfə verir. Ümumi bank hesabatlarina baxdıqda, bizim bank sektorunun hazırda güclü əzələlərə sahib olduğu görünür.“Fitch”in vurğuladığı tənzimləmə islahatları reytinqlərin yüksəlməsi üçün : "BASEL III" yanaşmasi tətbiq edilməyə başlanılır. Kredit riskləri daha erkən tanınır, əlaqəli tərəflərin məhdudlaşdırılması həyata keçirilir, Mərkəzi Bankın erkən müdaxilə alətləri tətbiqini görürük. Banklar kredit itkiləri üçün daha çox ehtiyat ayırır. Yeni tələblər bankların əməliyyat xərclərini 15-20% artırır. Rəqabət qeyri-bərabərliyi yaranır: Böyük dövlət bankları ilə kiçik özəl banklar eyni tələblərlə üzləşir. Reytinq yalnız qayda ilə yox, davranışla yüksəlir.

Onlar baxırlar ki, Dividend siyasəti davamlıdırmı, kapital daxildənmi artır, yoxsa "kağız üzərində", stress-testlər real şokları əhatə edirmi və.s. Azərbaycan bank sektoru bu gün sağlamdır, amma artıq kapital yığmaq, riskləri bölmək və uzunmüddətli düşünmək vaxtıdır. Bank sektorunun sağlamlığı depozitin, kreditin və sabahkı iqtisadi sabitliyin güzgüsüdür".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər