00:00:00
Yazar
Zəhra Həsənova
06.10.2026 22:37 29 3 dəq oxuma
Siyasət

“Flydubai” təyyarəsində baş verən insident - ŞƏRH

“Flydubai” təyyarəsində baş verən insident - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verən insidentdə İranın əli olduğunu düşündüyünü bildirib.


Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ öz strateji maraqlarını həyata keçirmək üçün yalan üzərində həqiqət yaratmaq siyasəti ilə məşğuldur:


“ABŞ İraqı işğal etmək və Səddam Hüseyni devirmək üçün dünya ictimaiyyətini aldadaraq İraqda kimyəvi silahların olduğunu bəyan etdi. Daha sonra ABŞ-nin keçmiş dövlət katibi BMT-nin toplantısında kimyəvi silahların olduğuna dair sübut kimi bir kapsul göstərdi. Bundan sonra ABŞ İraqı işğal etdi və Səddam Hüseyni devirdi. Bir müddət sonra İraqda kimyəvi silah olmadığını və məlumatların yalan çıxdığını bəyan etdilər. Bir ölkəni işğal edib dövlət başçısını qətlə yetirdikdən sonra məlumatın yanlış olduğunu bildirirlər. Sual yaranır: Bu yala görə kimsə cəzalandırıldımı? ABŞ İraqa vurduğu ziyana görə təzminat ödədimi? 
Başqa bir misalı da qeyd etmək yerinə düşər. Uzun müddətdir ki, ABŞ-nin rəhbərliyi ilə İrana qarşı koalisiya yaradılıb. Bəs İranı nə ilə ittiham edirlər? Onun terroru dəstəklədiyini, insan hüquqlarını tapdaladığını və İsraili yer üzündən silmək istədiyini iddia edərək yalan üzərində ictimai rəy formalaşdırdılar. Sonda isə terrorçulara dəstək adı altında İrana sanksiyalar tətbiq etdilər. 

 

Növbəti mərhələdə isə “İran uranı zənginləşdirir” deyərək İrana hərbi əməliyyatlara başladılar. ABŞ-nin əlində kifayət qədər kütləvi informasiya vasitələri, onların tərəfində olan dövlətlər var və yalanı həqiqətə çevirmək siyasəti ilə məşğuldur.

 

Bu gün də həmin siyasət İranın ətrafında baş verir. Müəyyən terror hadisələrini İranla əlaqələndirir, süni terror ssenariləri yaradaraq dünya ictimaiyyətini aldatmağa çalışırlar. Təyyarə hadisəsi də məhz növbəti şou oldu. Uzum müddət təyyarə heyətini terrorçu kimi qələmə verərək, bu hadisəni İran dövləti ilə bağlamağa, "İran terroru dəstəkləyir, himayə edir" iddiası ilə ölkəni növbəti təzyiq və zərbələrə məruz qoymağa cəhd edirlər. Bu İranın özünümüdafiə mübarizəsinin qarşısını almaq, beynəlxalq təşkilatları İran əleyhinə yönəltmək üçün növbəti bir şoudur”.


Azad Məsiyev bildirib ki, İranın özünümüdafiə etmək hüququ var. BMT-nin Nizamnaməsinə zidd olaraq İrana qarşı aparılan hərbi əməliyyat birbaşa işğalçılıq siyasətidir:


“İran da "özünü müdafiə etmək üçün bütün vasitələr məqbuldur" prinsipini rəhbər tutur və Hörmüz boğazının bağlanması məhz onun özünümüdafiə konsepsiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyatlar siyasi baxımdan fiyaskoya uğradı.

 

Nəticədə,Prezident Trampın ölkə daxilindəki nüfuzuna və ABŞ-nin beynəlxalq aləmdəki imicinə ciddi zərər dəydi. Məhz bu itkiləri kompensasiya etmək üçün indi İranı terrorçuluqda ittiham etmək siyasəti yenidən gündəmə gətirilir. Təyyarə hadisəsi növbəti siyasi şoudur. Biz bu cür şouların təsirinə düşərək rəy formalaşdırmamalıyıq və reallığı bilmək üçün müstəqil istintaq qrupu yaradılmalıdır”.


Aynur Əhmədli

#xəbər #yeni #şərh #verən #insident
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər