00:00:00
Yazar
Admin User
26.12.2025 16:53 77 1 dəq oxuma
Sosial

Fond uşaqlar üçün bayram şənliyi təşkil edib

Fond uşaqlar üçün bayram şənliyi təşkil edib

Heydər Əliyev Fondu hər il olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib.


"İnformator.az" xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

 

“Yeni il möcüzəsi” adlı bayram şənliyinə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin övladları dəvət alıblar. Bayram ovqatı ilə bəzədilən “Gülüstan” sarayında uşaqları nağıl qəhrəmanları qarşılayıb. “Face Art” vasitəsilə uşaqlar özləri də istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı qazanıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər