00:00:00
Yazar
Admin User
25.01.2016 07:07 514 1 dəq oxuma
Dünya

Əfqan ordusu 30 kəndi üsyançılardan azad edib

Qəndəhar əyalətinin 30 kəndi Əfqan odusu tərəfindən üsyançılardan təmizlənib
Əfqan ordusu 30 kəndi üsyançılardan azad edib

Qəndəhar əyalətinin 30 kəndi Əfqan odusu tərəfindən üsyançılardan təmizlənib.

İnformator “RiaNovosti”yə istinadən xəbər verir ki, bunu yerli mediaya müsahibəsində rəsmilər deyib.

Hökumət sözçüsü Samim Xpalvak müsahibəsində bildirib ki, əyalətdəki hərbi əməliyyatlar 20 gün bundan öncə başlayıb, 30 üsyançı öldürülüb, 18-i yaralanıb.

Taliban qiyamçıları ərazidən çıxarılıb. Əməliyyatlar kompleks şəkildə həyata keçirilib və Əfqanıstan Milli ordusu, polis və Milli təhlükəsizlik müdirliyi də əməliyyatlara qoşulub.

Əfqan təhlükəsizlik qüvvələri müntəzəm olaraq üsyançılara qarşı əməliyyatlar aparır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər