00:00:00
Yazar
Elmira Ağayeva
11.05.2026 20:12 24 2 dəq oxuma
Siyasət

Fransa Ermənistan üzərindən Cənubi Qafqazda təsir imkanlarını artırmağa çalışır”-ŞƏRH

 

“Fransa Ermənistan üzərindən Cənubi Qafqazda təsir imkanlarını artırmağa çalışır”-ŞƏRH

Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olduq”.

 

 

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərində çıxışı zamanı səsləndirib.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin “Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olduq” fikri aydın siyasi mesaj xarakteri daşıyır:

 

 

“Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Buna görə də Ermənistanı Azərbaycandan ‘qorumaq’ adı altında aparılan kampaniyalar daha çox siyasi məqsədlərə xidmət edir.

 

Fransanın Ermənistana verdiyi dəstəyi yalnız humanitar yardım kimi qiymətləndirmək düzgün olmaz. Əlbəttə, Paris bunu humanitar məsələ kimi təqdim edir. Lakin reallıqda Fransa Ermənistan üzərindən Cənubi Qafqazda təsir imkanlarını artırmağa çalışır. Bu, həm Rusiyanın regionda zəifləyən mövqeyindən istifadə etmək, həm də Avropanın bölgədəki rolunu gücləndirmək cəhdidir.

 

Fransanın Qarabağ məsələsini tez-tez gündəmə gətirməsinin əsas səbəblərindən biri də daxili siyasi amillərlə bağlıdır. Fransada güclü erməni diasporu mövcuddur və bu amil Parisin mövqeyinə təsir göstərir. Digər tərəfdən, Emmanuel Macron administrasiyası xarici siyasətdə fəal görünməyə və Fransanın beynəlxalq nüfuzunu qorumağa çalışır.

 

Lakin əsas reallıq dəyişmir: Qarabağ məsələsi Azərbaycan üçün artıq bağlanıb. Azərbaycan öz məqsədinə nail olub və bölgədə yeni reallıq formalaşdırıb. Bu reallığı qəbul etmədən sülhə və əməkdaşlığa nail olmaq mümkün deyil. Azərbaycanın mövqeyi də məhz bundan ibarətdir.

 

Cənubi Qafqazda gündəliyi kənar qüvvələr deyil, regionun real güc mərkəzləri müəyyənləşdirir. Hazırda həmin siyasi xəttin əsasını Azərbaycan və onun strateji müttəfiqi Türkiyə təşkil edir”.

 

 

 

Nuray Əliyeva

 

 

#Azərbaycan #Fransa #Ermənistan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər