00:00:00
Yazar
Admin User
08.02.2024 11:24 408 2 dəq oxuma
Siyasət

Fransada islamofobiya davam edir

Fransada islamofobiya davam edir

Fransada islamofobiyanın artması artıq özünü real rəqəmlərdə göstərir.
Belə ki, islamofobiyanın nəticəsi olaraq ötən ilin oktyabrınadək bu ölkədə müsəlmanların rəhbərlik etdiyi 30 min 34 müəssisə dövlət tərəfindən sıxışdırılıb, 1082 müəssisə bağlanıb və 55 milyon 914 min 668 avro məbləğində vəsait müsadirə edilib.

 

Fransada islamofobiyanın artması Azərbaycanla Fransa arasındakı əlaqələrə necə təsir göstərəcək ?

 

Bu siyasətə qarşı Azərbaycan hər hansı tədbir görməkdədir ?

 

Mövzuyla bağlı politoloq Sahil Kərimli informator.az-a açıqlama edib.

"Fransa uzun illərdir dünyada islamafob siyasət yürüdən ölkə imici qazanıb və bu qeyri-insani münasibət Azərbaycanla əlaqələrə də təsirsiz ötüşmür. Xüsusilə də Fransanın hazırkı rəhbərliyi ölkəmizə qarşı düşmənçilik mövqeyini açıq-aşkar biruzə verir. 30 ilə yaxın işğalçı Ermənistanın müdafiə edilməsi, Azərbaycanın ədalətli mövqeyinin, suveren haqqlarının gözardı edilməsi Fransanın əsl mahiyyətini göstərir".

 

Politoloq bildirir ki, Fransa Ermənistanı müdafiə etməklə sözün əsl mənasında işğalçılığa, separatizmə rəvac verir.

 

"Uzun illər müstəmləkəçi və işğalçı siyasət sərgiləyən Fransadan başqa nə isə gözləmək olmaz. Üstəlik, islamafobiyanın sürətlə vüsət aldığı ölkənin İslam dünyası ilə də münasibətlərində ciddi zədələr yaranıb. Fikrimcə, Fransa artıq bu məkrli və yaramaz siyasətini dayandırmalıdır. Əks halda onsuz da olmayan nüfuzunu daha da itirəcək".

 

Sahil Kərimli qeyd edir ki, Azərbaycan daim öz qətiyyətli siyasətini ortaya qoyur və  ona qarşı düşmənçilik siyasəti yürüdən ölkələrə lazımi cavabı verir.

 

"Baxmayaraq ki, Azərbaycan qarşı tərəflərə dostluq münasibətləri bəsləyir, amma, Azərbaycanla ikili standartlarla qərəzli mövqedən  çıxış edən ölkələrin daim cavabları verilir. Azərbaycan bundan sonra da tam qətiyyətli şəkildə  lazımlı tədbirləri və cavabları verəcək"

 

Azər Abuşov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər