00:00:00
Yazar
Aysel Mirzəyeva
01.04.2026 22:04 28 1 dəq oxuma
Siyasət

“Fransanın siyasəti arasında fərq uzun müddətdir mövcuddur” - ŞƏRH

“Fransanın siyasəti arasında fərq uzun müddətdir mövcuddur” - ŞƏRH

"Fransa Xamenei məsələsində bizə kömək etməyib, unutmayacağıq”, - bunu ABŞ Prezidenti Donald Tramp deyib. Fransa, İsrailə hərbi yardım aparan ABŞ təyyarələrinin öz hava məkanından keçməsinə icazə verməyib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfiqar “İnformator.az”a açıqlamasında bildirib ki, bu açıqlama ilk növbədə NATO daxilində mövcud fikir ayrılıqlarını üzə çıxarır:

 

“Xüsusilə Yaxın Şərq kimi həssas regionlarda ABŞ-nin yanaşması ilə Avropa ölkələrinin, xüsusən Fransanın siyasəti arasında fərq uzun müddətdir mövcuddur. Bu tip insidentlər alyans daxilində strateji koordinasiyanın zəiflədiyini göstərsə də, qısa müddətdə NATO-nun bütövlüyünə ciddi zərbə vuracağı gözlənilmir. ABŞ-Fransa xəttində yaranan gərginlik Avropa İttifaqı daxilində də müəyyən müzakirələrə səbəb ola bilər. Çünki Aİ üzvləri arasında xarici siyasət məsələlərində vahid mövqe formalaşdırmaq onsuz da çətindir. Fransanın bu addımı bəzi üzv ölkələr tərəfindən dəstəklənsə də, xüsusilə Şərqi Avropa ölkələri ABŞ ilə daha sıx təhlükəsizlik əməkdaşlığını üstün tutduqları üçün fərqli mövqe sərgiləyə bilərlər. Bu transatlantik münasibətlərdə mövcud olan struktur gərginliklərin növbəti təzahürüdür. Bu cür fikir ayrılıqları Qərb daxilində siyasi koordinasiyanın yenidən formalaşmasına gətirib çıxara bilər, lakin tam parçalanma ehtimalı ortamüddətli perspektivdə aşağıdır”.


Aytac İbrahimova

#azərbaycan #yeni #müddətdir #xəbər #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər