00:00:00
Yazar
Admin User
04.11.2025 18:48 116 1 dəq oxuma
Sosial

Fərid Əsgərovun əziz xatirəsinə

Fərid Əsgərovun əziz xatirəsinə

Bu gün Vətənimizin igid oğlu, canını torpaqlarımızın azadlığı uğrunda qurban verən Şəhid Fərid Əsgərovun anım günüdür. O, Azərbaycan gəncliyinin qürur mənbəyinə çevrilən qəhrəmanlarımızdan biridir. Onun həyatı və şəhadəti Vətənə sədaqətin, mərdliyin və əsl vətəndaşlıq borcunun nümunəsidir.

 

Fərid Əsgərov gənc yaşlarından vətənpərvər ruhu ilə seçilib. O, hər zaman torpaqlarımızın bütövlüyü və xalqımızın təhlükəsizliyi üçün lazım gələrsə canını əsirgəməyəcəyini deyib. Müharibə başlayanda isə bu sözləri ilə əməlini birləşdirib-ön cəbhəyə yollanıb və döyüş meydanında misilsiz igidlik göstərib.

 

Onun döyüş yoldaşları Fəridi cəsarətli, mərd və səssiz qəhrəman kimi xatırlayırlar. O, qorxmadan irəli atılır, hər addımı ilə həm silahdaşlarına ruh verib, həm də Vətənin bayrağını daha uca tutub.

 

Bu gün Fərid Əsgərovun xatirəsi xalqımızın yaddaşında yaşayır. O, azad Azərbaycanın hər daşında, hər nəfəsində var. Onun adı gələcək nəsillərə Vətən sevgisinin ən ali nümunəsi kimi ötürüləcək.

 

Ruhu şad olsun, məkanı cənnət olsun. 

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər