00:00:00
Yazar
Admin User
11.09.2023 17:09 385 2 dəq oxuma
Maraqlı

Fəsil dəyişimindən psixologiyamızı necə qoruyaq?

Fəsil dəyişimindən psixologiyamızı necə qoruyaq?

Uzun, isti yay günləri yerini sərin və daha qaranlıq günlərə buraxarkən, dəyişən fəsil ilə birlikdə ruh halımızda da fərqliliklər ortaya çıxa bilər. Canlanan təbiət, uzun gündüzlər, isti hava, daha çox çöldə keçirilən vaxt, tətil vaxtı ilə yayın verdiyi enerji insanlar üzərində olduqca müsbət təsir yaradır.

 

Günəşin üzünü bolca göstərdiyi yay günlərində insanlar özlərini çox xoşbəxt, enerjili və canlı hiss edirlər. Fəslin dəyişməsi, gündüzlərin qısalması, havanın soyumağa başlaması, təbiətin payız rənglərinə bürünməsi, uzanan gecələr ilə tətil vaxtının sonuna gəlinməsi, məktəblərin açılması, qapalı yerlərdə keçirilən vaxtın artması ilə birlikdə şəxslərin psixologiyasında dəyişimlər ortaya çıxır. Yaydakı bol gün işığına öyrəşənlər payızla gələn ani dəyişim ilə bir çox problemlər yaşayırlar.


Günəş işığının fizioloji və psixoloji yöndən insanlar üzərindəki təsiri də yüksəkdir. İnsanların məruz qaldıqları gün işığının azalması, orqanizmin günlük rutinində fərqliliklərə səbəb olur. Yağışlı, sərin və qaranlıq günlərdə daha yorğun, halsız hiss edə bilirik. İstilik dəyişimləri gündəlik rutinlərdə, proqramlarda, vərdişlərdə, gözləntilərdə və sosial münasibətlərdə dəyişikliklərə səbəb olur.
Fəsil dəyişikliyindən qaynaqlanan yorğunluq və mənfi ruh halı, kefsizlik, istəksizliklə yanaşı, ümidsizlik, üzüntü və bənzər depressiv şikayətləriniz varsa, mövzu ilə bağlı bir mütəxəssisdən dəstək almaq faydalı olar.

 

Açıq havada idman etmək, yürüyüş, gün içərində edilə biləcək asan məşqlərlə fiziki aktivitələri artırmaq və uyğun bir planla günlük rutin halına gətirərək enerji səviyyəsini yüksək tutmaq müsbət bir təsir yaradacaq.


Yuxu normasına və qidalanmağa diqqət etmək də vacibdir. Normal bir yuxu ilə dəstəklənən sağam qidalanma, xüsusilə karbohidratdan uzaq durmaq vacib nöqtədir.


Sosiallaşmaq, çevrə ilə olan əlaqəni canlı tutmaq və bunun üçün çalışmaq çox vacibdir.


Bir çox insan payızı yeni başlanğıcların, yenilənmənin zamanı olaraq da görür. Bu səbəblə, bu fəsillərlə bağlı xoşa gedən tərəfləri tapıb, bu yönlərdən həzz almağa çalışmaq mütləq müsbət təsir göstərəcək.
Anda olmaq, hər fəslin, zamanın dadını çıxarmaq gərəkdir.

 

Çinarə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər