00:00:00
Yazar
Nərmin Həşimova
19.08.2026 22:48 68 2 dəq oxuma
Müsahibə

“Füyuzat”çıları ilk dəfə bir kitabda topladım- Qərənfil Dünyaminqızı

“Füyuzat”çıları ilk dəfə bir kitabda topladım- Qərənfil Dünyaminqızı

Filologiya elmləri doktoru, BDU-nun professoru Qərənfil Dünyaminqızının “Füyuzatçılar" kitabı Almaniyanın Martin Luther Universitenin kitabxanasının kataloqunda yer alıb.


Qərənfil Dünyaminqızı “İnformator.az”a açıqlama verərək təəssüratlarını bölüşüb.


Professor bildirib ki, bu kitab bir neçə ay qabaq Türkiyədə kitab sərgisində çox uğurlu həyat yaşayıb:


“Kitabı sərgiyə Milli İrsi Mədəni Araşdırmalar Fondu (MİMTA) aparmışdı. Onlar məni çağırıb təşəkkür etdilər. Bildirdilər ki, sərgidə sevilən, daha çox oxunan kitablardan biri də “Füyuzatçılar” oldu. Türklər daha çox bəyəndilər. Bu kitabımın Almaniyaya gedib çıxması üçün ilk olaraq MİMTA-ya, hər bir üzvünə, işçisinə təşəkkür edirəm. “Füyuzat” jurnalınına, rəhbərindən tutmuş kollektivin hər bir üzvünə təşəkkür edirəm ki, mənə böyük bir şərait yaratdılar. İlk dəfə “Füyuzat”çılar bir yerə yığıldı. “Füyuzat”çılar haqqında ilk dəfə kitab çıxdı. Təbii “Füyuzat”çılar haqqında yazılıb, amma onları ilk dəfə bir yerə yığan mən oldum. Hətta “Füyuzat”ın ilk xanım yazarı Nigar xanım  haqqında ilk dəfə informasiyanı geniş şəkildə bu kitabda vermişəm. Kitabın elmi redaktor və məsləhətçisi Mübariz Yunusoğludur. Kitabı MİMTA çıxarıb. Burada əsasən Çanaqqaladan 44 günlük Zəfərimizə kimi olan qardaşlığımızı, dostluğumuzu vurğulamışam. Əli bəy Hüseynzadə başda olmaqla bütün “Füyuzat”çılar haqqında geniş informasiya vermişəm . Hətta Hacı Zeynalabdin Tağıyev haqqında da geniş informasiya vermişəm. Çünki “Füyuzat”ı Tağıyev maliyyələşdirdi və onun dəstəyi, xeyirxahlığı nəticəsində “Füyuzat” jurnalı hasilə gəldi. Kitabın adını ona görə “Füyuzatçılar” qoydum ki, bütün “Füyuzat”çıları oraya yığdım. Fərqli bir nüans da odur ki, “Füyuzat”çılara Sovet dövründə müxtəlif münasibətlər olub. Xüsusən də Azərbaycanda romantiklərə müxtəlif illərdə münasibətlər olub. 1920-50-ci, 1960-70-ci, 1980-90-cı illərdə və bu günə kimi olan dövrümüzdə “Füyuzat” və “Füyuzat”çılara necə münasibət olduğunu mərhələ ilə vermişəm”.

Nərmin Həşimova

#“Füyuzatçılar” #kitab #yer alıb #Almaniyada
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər