00:00:00
Yazar
Hüseynova Mələk
16.10.2026 15:50 103 1 dəq oxuma
Texnologiya

Gələcəyin peşələri: Süni intellekt əmək bazarını necə formalaşdıracaq?

Gələcəyin peşələri: Süni intellekt əmək bazarını necə formalaşdıracaq?

Süni intellektin sürətli inkişafı əmək bazarında əsaslı dəyişikliklərə səbəb olur. Bu texnologiya bəzi peşələrin sıradan çıxmasına yol açsa da, yeni sahələrin yaranmasına təkan verir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov bildirib ki, əsas məqsəd iş proseslərini daha səmərəli təşkil etmək və əməkdaşların məhsuldarlığını artırmaqdır.

 

"​Əvvəlcə şirkət müəyyən etməlidir ki, hansı proseslər süni intellektə uyğunlaşdırıla bilər, daha sonra əməkdaşların mövcud bacarıqlarını qiymətləndirməli və buna uyğun təlim proqramları hazırlamalıdır. Məsələn, bank sektorunu götürsək əvvəllər saatlarla vaxt aparan hesabatların bir hissəsini artıq süni intellektin etməsi mümkündür. Süni intellekt həm müəyyən iş yerləri lazım olanları əvəz edəcək, həm də yeni iş imkanları yaradacaq. Məsələn: müştəri xidmətləri operatoru var. Amma standart müraciətlərin chatbot və süni intellekt agentləri ilə cavablandırılması mümkündür. Standart mətnlərin ilkin tərcüməsi avtomatlaşdırıla və ya insan resursları xidmətləri junior proqramçı, sadə kodların yazılması, testlərin hazırlanması və səhvlərin aşkarlanması edilə bilər”.

 

​"Microsoftun 2026 Work Trend Index hesabatı var. Orada süni intellekt istifadəçisi 66% süni intellekt sayəsində daha yüksək dəyər yaradan işlərə vaxt ayırdığını deyilir. Dünya İqtisadi Forumunun 2025 proqnozunda deyilir ki, 2030-cu ilə qədər qlobal bazarda 170 milyon yeni iş yeri yarana bilər, amma 90-100 milyonda bağlana bilər, sıradan çıxa bilər".

 

Xədicə İsmayılova

#Peşə #süni intellekt #bazar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər