00:00:00
Yazar
Admin User
09.01.2026 17:42 93 2 dəq oxuma
Siyasət

Güc amili və beynəlxalq hüquq dilemması

Güc amili və beynəlxalq hüquq dilemması

"Biz BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq, ona görə də güclü olmalıyıq.

Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur", -bu ifadələri Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bildirib.

 

Mövzu ilə bağlı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev “İnformator”a açıqlamasında bildirib ki, beynəlxalq hüquq işləməməsinin əsas səbəblərindən BMT-nin daimi üzvləri arasında fikir ayrılığıdır:

 

“Əslində, beynəlxalq hüququn işləməsi birbaşa BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin mövqeyindən asılıdır. Yalnız o hallarda ki, bu ölkələr konkret məsələ üzrə ortaq və həmrəy mövqe nümayiş etdirirlər, beynəlxalq hüquq mexanizmləri işə düşür və qərarların icrası mümkün olur. Əks halda, yəni daimi üzvlər arasında fikir ayrılığı yarandıqda, beynəlxalq hüquq təsirsiz olur. Bunun əsas səbəbi isə həmin dövlətlərin malik olduqları veto hüququdur. Veto hüququ onlara istənilən qərarın qəbulunun qarşısını almaq imkanı verir və bu da beynəlxalq hüququn tətbiqini qeyri-mümkün edir”.

 

Müsahibin sözlərinə görə, milli dövlətlərin böyük əksəriyyəti öz maraqları üçün beynəlxalq hüquq sisteminə hər zaman dəstək vermir:

 

“Digər tərəfdən, milli dövlətlərin əksəriyyəti öz maraqları baxımından güclü və tam işlək beynəlxalq hüquq sisteminin formalaşmasında o qədər də maraqlı olmurlar. Bunun başlıca səbəbi dövlətlərin suverenliyini qorumaq istəyi ilə bağlıdır. Dövlətlər hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun davranmağa hazır olmaya bilərlər və müəyyən hallarda milli maraqları beynəlxalq öhdəliklərdən üstün tuturlar. Bu yanaşma xüsusilə böyük və təsirli dövlətlər üçün xarakterikdir”.

 

Zəri Bayramlı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər