00:00:00
Yazar
Admin User
13.10.2025 19:24 116 3 dəq oxuma
Sosial

Gülüş və yumor

Gülüş və yumor

Gülüş və yumor sadəcə əyləncə vasitəsi deyil, həm də cəmiyyətin ruh halını, dəyərlərini və düşüncə tərzini əks etdirən bir güzgüdür. İnsanlar gülərək bəzən tənqid edir, bəzən ağrıları yüngülləşdirir, bəzən də birliyini möhkəmləndirirlər. Yumor dəyişən zamanla, dəyişən cəmiyyətlə birlikdə formalaşır. Bu səbəbdən gülüş bir mədəni göstərici kimi də dəyərləndirilə bilər.

 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki,yumor cəmiyyəti anlamaq üçün çox önəmli nüanslardan biridir:

 

"Cəmiyyət olaraq biz nəyə gülürük? Güldüyümüz şeylər,danışdığımız mövzular bizim insan olaraq,mental olaraq, cəmiyyət olaraq nələrdən, kimlərdən və necə bir portretdən, insaniyyətdən ibarət olduğumuzu göstərir. Məsələn, bəzən həyatda yaşanan, dövlətdə və ya cəmiyyətdə baş verən bəzi problemlər var ki, biz həmin problemləri gülüş obrazına çevirərək gülmək adı altında və ya yumor adı altında onu cəmiyyətə təbliğ edirik. Bəzi fikir və düşüncəlirimi həmçinin tənqidlərimi yumor mizacı ilə qarşımızdakı insanlara ötürürük və ötürülən həmin bu fikirlər,əslində düşüncələr yumor adı altında olsa da biz həmin cəmiyyətə nələrin olduğunu hansı fikir və düşüncələrin insanlara ötürüldüyünü anlaya bilərik. Bu da sosial psixologiyaya aiddir. Gülüş insanlar arasında bir-birinə bağlamağa da kömək olur, həmçinin ayırmağa da səbəb olur.

 

Bağlamaq dediyimiz zaman biz ortaq mövqe gülüş, yumorla rastlaşdığımız zaman bəzi insanlarla ortaq gülüş mövqeyimiz olan zaman və yaxud hər hansı bir etdiyimiz zarafatlar sayəsində biz bərabər gülüb-əylənməyi öyrənirik və bu güclü bağ yaratmağa kömək olur. Ancaq bəzi yumorlar var ki,biz bəzi tənqidi fikirlərimizi az öncə cəmiyyət üzərindən etdiyimiz kimi bir neçə insanlar arasında oturduğumu zaman söylədiyimiz hər hansı bir tənqidi fikirlər qarşımızdakı insana yumor adı altında süni "yumor mizacı" ötürürük. Əslində qarşımızdakı insan bunu anlayır, ancaq bir çox insanın xətrinə dəymir çünki zarafat olaraq söylədiyi üçündür. Bu halda isə bir qrup gülürsə, digər qrup"gülüş"adı yumorla bərabər ötürülən tənqidi fikirlər bəzən gülməli gəlirsə,bəzən isə gülməli gəlmir".

 

 

Müsahibimiz həmçinin bildirib ki,zaman keçdikcə sosial şəbəkə və sözsüz ki, internetin ön planda olması bizim yumordan da əlavə baxış bucağımızı da dəyişdirir:

 

"Yumor anlayışı necə dəyişir?

 

Əvvəllər məişətlə bağlı yaşanan həyat yaşanmışlıqaları ilə bağlı zarafatlar yumorlar olurdusa, indi, ancaq sosial yaşantılarla bağlı intelektual olaraq yumorlar inkşaf etməyə başlayıb və sosial şəbəkədən yumor mizaclı kiçik reelslərin paylaşılması da insanlara kiçik də olsa yumor və düşüncələri inkşaf elətdirir. Yəni bir növ güldüyünü "lağ etdiyini" və ya nəyə fikir bildirdiklərini, nəyin gülməli olub-olmadığını hansı cümlədən sonra nəyi desək daha zarafat olduğunu artıq sosial şəbəkələrdən yumor anlayışı olmayan insanlar belə yumor haqqında məlumat əldə edə bilərlər. Əvvəlki dövrdə insanların çox yumoristik qabiliyyət olmasa da ancaq indiki dövrdə bloggerlərdən və yaxud digər reels çəkən şəxslərdən yumorla bağlı həmin insanlar vasitəsi ilə yumoristik məlumatlar əldə edə bilirlər. Buna görə yumor,gülüş həyatımızda çox önəm kəsb edir, ancaq sözsüz ki, onun altında olan micazda böyük bir önəm daşıyır. Qarşımızdakı hər bir insanı alçatlmadan, tənqid etmədən olunan hər bir yumor dəyərli bir yumordur".

 

Gövhər Mehdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər