00:00:00
Yazar
Admin User
27.07.2023 12:55 534 2 dəq oxuma
Maraqlı

Günümüzdə retro karavanlara üstünlük verilir.

Günümüzdə retro karavanlara üstünlük verilir.

İNFORMATOR.AZ-ın növbəti müsahibi karvan icarə isi Kamil Hüseynovdur. O, karavanların istifadə qaydaları, yaşayış tərzlırindən danışıb:

 

"Karavanın istifadə qaydalarından biri onun düzgün yerdə quraşdırılmasıdır. İkincisi isə nə yağış, nə də külək olmadığı halda onun hərəkətinə maneə olmur. Karavanın özünəməxsus 4 ayağı var, bu ayaqlar  karavan park edilən zaman əyri və ya düz olmasına baxmayaraq onu tarazlıqda saxlaya bilir. Ən əsası da karavanın içindəki şəraitdir. Yay zamanları isti, soyuq aylarda isə soyuq olur. Xüsusi isitmə sistemi var, onlar kiçik balonlar şəklində olur və əsasən, təhlükəsizliyə görə karavanın çöl tərəfində yerləşir. Karavanın çıxış və giriş nöqtəsi, pəncələri vasitəsilə karavanı havalandıra bilərsiniz. Karavanda həyat tərzi sürmək heç də asan deyil. Xüsusilə, yatmaq, yemək, su kimi ehtiyaclarını qarşılamaq bir az çətin olur. Karavandan daha çox xarici ölkələrdə istifadə edilir. Onlar karavandan səyahətlər zamanı daha az xərcin çıxması üçün istifadə edirlər".

 

Müsahibimiz bildirib ki, Azərbaycanda karavan qiymətləri 2500-30 min manat aralığında dəyişir: "2500 manatlıq karavanlar retro tərzində, istifadəyə qısa müddətdə yararlı olur. Fransız karavanları daha çox modern üslubda və üst dizaynı daha cəlbedici olur. Lakin günümüzdə retro karavanlara üstünlük verilir. Azərbaycanda karavanların restavrasiyası və təmiri yoxdur".

 

Müsahibimiz qeyd edib ki, karavan insanların həyatında bir arzu kimi formalaşır: "Məsələn, insanlar karavandan bir günlük həyat tərzi kimi, səyahət etmək və ya dostlarla birgə səmərəli, əyləncəli vaxt keçirmək üçün istəyirlər. Karavanların Azərbaycana gətirilib istifadəyə verilmə qaydasının çox güman ki, 2-3 il ərzində bərpa olacağına inanırıq. Bizim karavanlarla bağlı bir layihəmizdə var. Bu layihə ondan ibarətdir ki, karavanların xüsusi proqramlar vasitəsilə satışı mümkün olsun. Nəticədə, insanlar karavanların vasitəsilə ölkəmizin rayonlarını rahat şəkildə səyahət edə bilsinlər".

 

Fatimə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər