00:00:00
Yazar
Admin User
04.08.2023 17:41 382 2 dəq oxuma
Maraqlı

Günəş şüalarının doğru qəbul edilməməsi fəsadlara yol aça bilər

Günəş şüalarının doğru qəbul edilməməsi fəsadlara yol aça bilər

Yay ayları dəri problemlərini özü ilə gətirir. Son vaxtlar günvurma ilə yanaşı, müəyyən dəri problemləri ilə bağlı müraciətlərin də sayı artıb. Həkimlər günəş şüalarının vacibliyi ilə yanaşı, onun düzgün qəbulunun da vacibliyinə diqqət çəkirlər. Xüsusilə də günəş şüalarının təsirinə həssas insanlar diqqətli olmalıdırlar. Burada həm dəri rəngləri, günün saatları da nəzərdə tutulmalı məqamlardandır.

 

Günvurma ilə bağlı açıqlanan rəqəmlər onu göstərir ki, heç də hamı gündən qorunmaq üçün vacib olan məqamlara o qədər də diqqət göstərmir. Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Bakıda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib. Eyni zamanda dəridə yaranan problemlərlə bağlı müraciətlərin də sayı artdığından həkimlər əhaliyə bəzi nüanslara diqqət yetirməyi tövsiyə edirlər. Hətta günəş vannası qəbulu zamanı dəri rənginin də nəzərə alınmasının vacibliyi vurğulanır.

 

Derma-kosmetoloq Ramil Qocayev deyir ki, dəri ilə bağlı müraciətlər keçən ilkindən daha çoxdur: “Ümumiyyətlə, insanın günəş şüası qəbul etdikdə dərinin tiplərinə baxmaq lazımdır. Dərinin rəngə görə tipləri 4 yerə bölünür. Azərbaycanda 2-ci və 3-cü tip dərili insanlar daha çox yaşayır. Onlarda ən əsas məsələ ağ dərilər daha tez yanır və gec qaralır. Ancaq qara dərisi olanlar yanmır və çox yaxşı şəkildə qaralır. Hər bir dərinin özünün günəşə qarşı reaksiyası var”.

 

Günəş vannası xeyirli olduğu kimi, onu çox qəbul etməyin müəyyən fəsadları da ola bilər. Xüsusən də günəş şüalarına qarşı allergiyası olanlarda dermatitin inkişafı da gün ərzində alınan şüa və istiliyin miqdarından asılıdır. Dəridə sulanma, qaşınma, qızarma kimi halların baş verməsi fotodermatitin əlamətləridir. Əsasən bədənin günəş şüalarının birbaşa təmas etdiyi açıq bölgələrində olur - qollarda, üzdə, kürək nahiyəsində. Günəş şüalarının həddindən çox qəbulu fotoqocalma adlandırılan problemə də gətirib çıxarır.

 

Derma-kosmetoloq Ramil Qocayev fotoqocalma adlanan problemin quru dərilərdə daha çox müşahidə olunduğunu deyir: “Müəyyən bir yaş dövründən sonra əlaxsus 40 yaşından sonra istər qadın istər kişilərdə gördüyümüz üzdə olan dərin qırışlar fotodermatit kimi fotoqocalmanın əlamətləridir ki həmin nahiyələrdə dərinin deməli dərinin qatlarinda piy və yağ toxumalarının düzgün ifraz olunmaması nəticəsində dərinin özünün getdikcə susuzlaşması nəticəsinə dərin qırışlar yaranır”.

 

Ümumiyyətlə, günəş şüası metobalizmanı sürətləndirir. Dəridə olan D vitamini sintezini artırır. Bundan başqa insanın əhval-ruhiyyəsinə də yaxşı göstərir. Lakin bəzi dəri problemlərinin yaranmaması üçün günün müəyyən saatlarında günəş şüalarının qəbulu məsləhət görülmür. Həkimlər xüsusilə də saat 12:00-dən 15:00-dək günəş altına çıxmamağı tövsiyə edirlər. Çünki bu saatlarda günəş şüaları düz bucaq altında düşür və bu səbəbdən şüalanma dəriyə kanserogen və yaşlanma təsiri göstərir. Həmçinin gündən qorunmaq üçün keyfiyyətli gün kremlərindən istifadə də vacibdir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər