00:00:00
Yazar
Admin User
29.09.2025 18:23 192 1 dəq oxuma
Sosial

Gizli Keçid: Bəzi Tələbələr Ödənişsiz Oxuya Biləcək?

Gizli Keçid: Bəzi Tələbələr Ödənişsiz Oxuya Biləcək?

DİM sədri Məleykə Abbaszadə bildirib ki, ödənişli əsaslarla qəbul olan bəzi tələbələr dövlət sifarişli yerlərə keçiriləcək. Qərarın detalları hələ açıqlanmayıb.

 

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı “İnformator.az”a bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, son illərdə plan yerlərində dövlət sifarişli yerlərin sayı artırılıb:

 

“İxtisas seçimi başa çatandan sonra əgər dövlət sifarişli yerlərin tam dolmadığı aşkarlanarsa, o zaman ödənişli ixtisasa qəbul olan tələbələrin də müəyyən qismi dövlət sifarişli yerlərə keçirilə bilər. Bu qərar yüksək dəyərləndirilməlidir və dövlətin təhsilə qayğısının bir formasıdır. Bəs kimlər təhsil haqqından azad edilir? İxtisas seçimi zamanı səhv kodlaşdırma nəticəsində balı qəbul olduğu ixtisasın dövlət sifarişli ixtisasına uyğun gələn, amma eyni ixtisasın pullusunda təhsil alan tələbələr ödənişdən azad edilirlər”.

 

Təhsil ekspertinin sözlərinə görə, onların həm ödədiyi pul geri qaytarılır, həm də qalan təhsil müddətində dövlət hesabına təhsil alırlar:

 

“Sistem necə işləyir? Tutaq ki, Azərbaycan Texniki Universitetində İnşaat mühəndisliyi ixtisası üzrə 15 dövlət sifarişli yer ayrılıb, lakin buraya qəbul olan tələbələrin faktiki olaraq 10-u dövlət sifarişli qəbul olub. Bu zaman ödənişli ixtisas üzrə qəbul olan, balı ən yüksək olan 5 tələbə də ödənişdən azad edilir və dövlət hesabına təhsil alır”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər