00:00:00
Yazar
Admin User
27.10.2025 19:56 218 2 dəq oxuma
Sosial

Gələcəyin işləri-hazırda olmayan, amma 50 ildən sonra ola biləcək ixtisaslar

Gələcəyin işləri-hazırda olmayan, amma 50 ildən sonra ola biləcək ixtisaslar

Texnologiya və innovasiya sürətlə inkişaf edir və dünyamızda yeni ixtisaslar, peşələr ortaya çıxır. 50 il sonra hazırda mövcud olmayan işlərin ortaya çıxacağını düşünürük. Bu müsahibədə gələcəyin işləri və insanların hansı yeni peşələrdə çalışa biləcəyi mövzusunu araşdıracağıq.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimli bildirib ki, süni intelleket sürətlə inkşaf edir deyib:

 

 

 

"Süni intellektin inkişafı bu günlərdə bir çox sahələrdə inkişaf edən ölkələrdə bank sektoru təhsil sahəsində uğurla tətbiq olunur. Məsələn; təhsil sahəsində müəllimlərin ev tapşırığını yoxlaması o, tədris proqramının süni intellektlə hazırlanması və süni intellektlə dərslik şəklində öyrədilməsi həyata keçirilir. Amma biz ümumiyyətlə gələcəkdə texnologiya robotları inkişaf dövründən sonra-50 ildən sonra bir çox sahələrin artıq insanlar vasitəsi ilə yox, robotlar vasitəsi ilə həyata keçirildiyini görəcəyik. Bu günlərdə texnologiya şirkətlərində, məişət texnikası şirkətlərində bu gün insanlar çalışırlar və bu avtomatlaşan qaydada soyuducu,televizor, paltaryuyan və.s məişət texnikasının istehsalına insanlar cəlb olunur. Artıq bir çox korperasiyalar-Supermax,LG kimi yerlərdə məişət texnikasının hazırlanmasında robotlardan istifadə olunur".

 

 Müsahibimiz həmçinin, Jurnalistika sahəsi də təhdid altındadı deyə düşünür:

 

 "Bu gün artıq televizorlar, telekanallar süni intellektlə hazırlanan robotlar işçiyə heç bir maaş vermir. Çində, Yaponiyada bir çox telekanallar robotlar vasitəsi ilə aparılır. Azərbaycanda hal-hazırda saytlardan biri-"Az xəbər" saytı Süiyə adlı süni intellekt robotu ilə xəbər buraxılışları hazırlayır. Bizdə hələki geniş yayılmayıb. Gələcəkdə ola bilər ki, aparıcıları robotlar əvəzləsinlər. Robotların hazırlanması, öyrədilməsi ilə bağlı ixtisaslaşma formalaşacaq. Bu ixtisaslarda robot mütəxəssisi peşəsi geniş yayılacaq. Hazırda var, amma orta səviyyədədir. Gələcəkdə ehtiyac daha çox olacaq. Süni intellekt mütəxəssislərinə ehtiyac var, amma daha çox inkişaf etdikcə tələbat artacaq".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər