00:00:00
Yazar
Admin User
29.12.2025 16:27 88 2 dəq oxuma
Sosial

Gələn ildən bəzi dərman və tibbi xidmətlər pulsuz olacaq

Gələn ildən bəzi dərman və tibbi xidmətlər pulsuz olacaq

Gələn ildən icbari tibbi sığortanın Xidmətlər Zərfinin genişləndirilməsi planlaşdırılır. Yeniliklər çərçivəsində bir sıra dərmanların pulsuz verilməsi nəzərdə tutulur. Eyni zamanda ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator sahələr üzrə yeni tibbi xidmətlər zərfə daxil ediləcək.

 

Mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən aldığımız məlumata əsasən, 2026-cı ildən Xidmətlər Zərfinə ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması planlaşdırılır:

 

“Xüsusilə kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələrin daxil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, icbari tibbi sığorta çərçivəsində 2026-cı ildən resept əsasında yazılan bəzi dərman preparatlarının təminata daxil edilməsi planlaşdırılır. İlk mərhələdə ürək-damar xəstəlikləri, xüsusilə hipertoniya diaqnozu olan şəxslər üçün dərman preparatları təminata alınacaq. Sonrakı mərhələlərdə isə mədə-bağırsaq sistemi və tənəffüs sistemi ilə bağlı xəstəliklərin müalicəsində istifadə olunan preparatların da daxil edilməsi planlaşdırılır. Vətəndaş tibb müəssisəsində qeydiyyatçıya yaxınlaşıb müvafiq ixtisaslı həkimin qəbuluna yönəldiləcək. Həkim müayinə edəcək və diaqnoz qoyacaq. Zəruri hallarda “E-Resept” sistemi ilə icbari tibbi sığorta üzrə resept yazılacaq. Vətəndaş resept əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış aptekə yaxınlaşacaq. Öz şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan dərman veriləcək. Məlumat üçün bildirək ki, pozitiv siyahı icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə (evdə) müalicə üçün pasiyentlərə verilən dərman vasitələrinin siyahısıdır. Hazırda dərmanların pozitiv siyahıya daxil edilməsi istiqamətində işlər aparılır. Bu siyahıya ürək-damar xəstəliklərində istifadə olunan antihipertenziv dərmanlar daxil ediləcək, daxil olan dərmanların müəyyən edilmiş hissəsi və ya tam dəyəri icbari tibbi sığorta hesabına qarşılanacaq. Siyahı təsdiq olunduqdan sonra bütün dərmanlarla bağlı məlumatlar- təsiredici maddə, dozalar, tətbiq edilən xəstəliklər və kompensasiya dərəcələri rəsmi saytda yerləşdiriləcək və siyahı hər rüb yenilənəcək”.

 

 Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər