Gənclərdə özünəinam problemi və onun formalaşdırılması
Bu gün gənclər çoxlu imkanlarla qarşılaşsalar da, özünəinam problemi onların inkişaf yolunda ən ciddi maneələrdən biri olaraq qalır. Daxili gücünü tanımamaq, özünü başqaları ilə müqayisə etmək və səhv etmək qorxusu gənclərin həm təhsil, həm də karyera yolunda addımlarını ləngidir. Özünəinamın formalaşdırılması isə anlıq proses deyil, davamlı şəxsi inkişaf və düzgün psixoloji yanaşma tələb edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, özünə inam biz daxili dünyamızdakı özümüzə edəcəyimiz bir iş, üçün gedəcəyimiz bir yolda özümüzə inanırıq və bunu edəcəyimizə inanırıq deyə o bildirib:
"Daha doğrusu, içərimizdə daxilimizdə o işin edəcəyimizə inamımız var. Bir növü mən bacarıram kimi bir şeydi. Ancaq özünə güvən isə bu inanc davranışa çevrilir. Yəni mən inanıram bu olacaq və mənim inandığım şey mən özümə güvənirəm ki, edə biləcəm. Yəni mən daxili dünyama inanıram və mən bunu özümə güvəndiyim üçün bunu əmələ çevirirəm. Böyüdüyümüz mühitdən çox şey asılıdır və bundan da əlavə olaraq mükəmməlliyətçiliyə daha çox meyilli olmaq. Yəni bizim böyüdüyümüz mühitdən çox çox sözsüz ki, asılıdır. Biz hansı şəraitdə, hansı psixologiyada böyüyürük və o psixologiya bizə çox böyük bir təsir göstərir. Ancaq böyüdüyümüz şərait boyunca bizi dəyişdirmək ancaq öz əlimizdədir. Biz harda böyüyürüksə, böyüyək ondan sonrakı dönəmlərdə özümüzü yoğurub dəyişdirmək bizim əlimizdədir. Ancaq bundan əlavə olaraq niyə gənclərdə bu var? Mükəmməlliyətçiliyə meyilliliyik perfeksionizm, yəni mükəmməlliyətçiliyə daha çox həvəslidirlər və mən bacaracam deyib bir cüzi bir şey bacarmayanda çox həvəsdən düşürlər. Həyat eşqlərini tez düşürdülər. Sosial mediada paylaşılan mükəmməlliyyətçilik, sosial mediada ötürülən gənclərin lüks həyatları indiki gənclərdə niyə o bacarır? Mən bacarmıram düşüncəsi yaradır və bir neçə etdiyi işlərdə o gücü, o dəstəyi, o uğuru əldə edə bilməyəndə həvəsdən düşürlər. Ancaq unudurlar ki, sosial şəbəkədə paylaşılan hər bir şey, hətta 100/90deyərdim ki, gerçək deyil və bundan əlavə ailədən dəstək görməmək, sevdiklərimizdən dəstək görmədiyimiz zaman biz psixoloji və sosial olaraq çatışmamazlıq hiss edirik və biz sevdiklərimizə dəyər gördüklərimizdən dəstək istəyirik. Sözsüz ki, unutmamalıyıq-biz insanıq, səhv etmək haqqımız var, əsas odur səhvimizdən dərs çıxardıb daha da özümüzə dönmək və yönəlməkdirməqsədimiz. Yəni səhvdən səhv çıxartdığımız zamanda belə, onu düzə çevirməkdən önəmli sonra özümüzə inamımızı azaltmalıyıq azalsa da, bacardığımız, etdiyimiz uğurlara dönüb baxıb ordan güc almalıyıq. Yəni kiçik addımlarımızı belə mütləq dərəcədə qiymətləndirməliyik, bunu gözardı etməməliyik. Özümüzlə də dialoqumuzu azaltmamalıyıq. Yəni özümüz özümüzlə söhbət etməliyik. Mən bunu etsəm necə olar bunu eləsəm, necə olar? Bunu bacara bilərəm? Bu alınsa, alınmasa nə baş verər? Yəni insan özü özü ilə söhbət etməlidir. Və ən önəmlisi özümüzü başqalarıyla deyil, özümüzlə müqayisə etməli. Bu çox önəmli nüansdır. Yəni mən özüm özümlə müqayisə edirəm. Mən bunu keçən dəfə belə etmişdim, bu gün belə etmişdim. Görəsən keçən dəfəkinə bu dəfəkinin fərqi nədir?"
Gövhər Mehyəddinova
