“Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması layihəsi uğurla davam edir
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı nəzdində fəaliyyət göstərən “Jurnalistlər” İşçi Qrupunun təşkilati dəstəyi ilə “Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması adlı layihəsi çərcivəsində növbəti təlim keçirilib.
İnformator xəbər verir ki, layihənin təlimçisi BDU Jurnalistika fakültəsinin Tədris teleradio studiyasının müdiri Aynur Nəsirova vətəndaş jurnalistikasının prinsipləri və qaydaları haqqında həmçinin müasir dövrdə sosial medianın həyatımızda yeri və oynadığı rolu barədə təlim keçib. “Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması layihəsinin ilk qonaq təlimçisi müstəqil jurnalist, bloger Ülkər Eldar qızı vətəndaş jurnalistkası haqqında öz təçrübəsini bölüşüb. Bloqun yaradılması və istifadə haqqında məlumat verib. Təlimdə iştirakçıların çəkdikləri video, foto və məlumatların bloqda yerləşdirilməsi, onlardan səmərəli istifadə yolları öyrədilib. Qeyd edek ki, “Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması layihəsinin təlimləri hər həftənin şənbə və bazar günləri keçirilir.
