00:00:00
Yazar
Admin User
11.04.2023 10:33 325 1 dəq oxuma
Maraqlı

"Google" səhvən hər kəsə pul göndərdi

"Google" səhvən hər kəsə pul göndərdi
"Google Pay" istifadəçiləri hesablarına gözlənilməz ödənişlər aldıqlarını bildiriblər.
 
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, istifadəçi hesablarına 1000 dollara qədər yanlış ödənişlər olunub.
 
"Reddit" və "Twitter"də paylaşım edən müştərilər "Pay" hesablarının "Google" tərəfindən səhv ödənildiyini bildiriblər.
 
Məlum olub ki, ödənişlər "Google" tərəfindən sınaqdan keçirilmiş funksiya çərçivəsində göndərilib. Bildirilib ki, bu səhv nəticəsində bəzi hesablara yüzlərlə dollar daxil olub.
 
Sosial mediada edilən açıqlamalarda bu ödənişlərin "Google Pay pul köçürmə təcrübəsi testi”nin mükafatı olduğu bildirilib. İstifadəçilərin hesabatlarına görə "Google" bu ödənişləri öz məhsul tərtibatçılarına göndərməyi planlasa da, səhv nəticəsində standart istifadəçilərə göndərilib.
 
"Google" istifadəçiləri səhv ödənişlərdən sonra problemi izah edən e-poçt alıblar. Şirkət onu da bildirib ki, e-poçt göndərməzdən əvvəl bəzi istifadəçilərin ödənişlərini ləğv etməyi bacarıb. Eyni zamanda göndərilən pulları nağd pula çevirən istifadəçilərdən heç bir geri ödəniş alınmayacağı da qeyd olunub.
 
 
Xumar Bayramqızı
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər