00:00:00
Yazar
Admin User
14.09.2023 09:01 574 2 dəq oxuma
Maraqlı

Əgər uşaq valideyndən ayrılıb sinifə daxil ola bilmirsə…

Əgər uşaq valideyndən ayrılıb sinifə daxil ola bilmirsə…

Yeni tədris ilinin başlamasına az qalıb. Balacalar 1-ci sinifə hazırlaşır. Onlar məktəbə, sinif otağına ilk addımlarını atacaqlar.

 

İnformator.az-ın növbəti müsahibi Psixoloq Gülnar Orucovadır.

 

- Balacalar valideynindən ayrılmaq istəməyib, ağlayırsa, valideynlər, müəllimlər həmin azyaşlı şagirdlərə necə davranmalıdır?

 

Uşaqlar 1-ci sinifə başlayanda fərqli davranışlar göstərirlər. Bəziləri 1-ci sinifə rahatlıqla başlayır, bəziləri isə valideynindən ayrılmaq istəmir. Əgər uşaq valideyndən ayrılıb sinifə daxil ola bilmirsə, deməli, bu uşaqda adaptasiya problemi, ana-uşaq bağlılığı problemi ola bilər. Bəzi valideynlər uşaqlarını çox qoruyurlar. Nəticə etibarilə, uşaqlar yeni mühitdə özlərini güvəndə hiss etmir, sosiallaşa bilmir və müxtəlif reaksiyalar verirlər. Ona görə də valideynlər çalışmalıdır ki, uşaqlarını sosiallaşdırsın. Məsələn, uşaqları bağçaya, məltəbəqədər hazırlıq qruplarına qoymaq lazımdır. Amma bəzi valideynlər uşaqlarını bağçaya qoymurlar ki, orada uşaqlara yaxşı qulluq edilməz. Yaxud uşaqları məktəbəqədər hazırlığa yox, fərdi, repitetor müəllim yanına qoyurlar ya da özləri məşğul olurlar. Məktəb dönəmindəki hazırlıqlara uşaqlar mütləq getməlidir. Uşaqlar məktəbi tanımadığı üçün, yad məkan olduğu üçün ağlayırlar. Bu baxımdan valideynlər övladlarını psixoloji baxımdan hazırlamalıdırlar, böyüdükləri, məktəbə başlayacaqlarını izah etməlidirlər. Məktəbə başlamağın onların həyatı üçün nə qədər önəmli olduğunu, gələcək xəyalların həyata keçməsi üçün çox böyük addım olduğunu izah etməlidirlər.


Bəzən müəllimlər valideynə deyir ki, siz gedin, uşaq ağlayacaq sonra əyləşəcək. Bu düzgün deyil, uşaq ağlamamalıdır. Valideyn 1, 2, yaxud 3 dərs uşaqla qala bilər. Sonra uşaq günlük rejimi öyrənəcək, digərlərinə də baxacaq, məqsədini anlayacaq və sinifdə rahat oturacaq.

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər